Satış üzrə təcrübəçi (Şirvan nümayəndəliyi)

  • Истекает 1 июль 2026

PAŞA Sığorta ASC namizədləri Satış üzrə təcrübəçi (Şirvan nümayəndəliyi) vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Bu rol, şirkətin Şirvan regionu üzrə müştəri portfelinin genişləndirilməsinə yönəlmişdir. Satış üzrə Təcrübəçi mövcud sığorta bazasının artırılması, müştəri münasibətlərinin qurulması və idarə edilməsi, tərəfdaşlarla danışıqların aparılması üçün məsuliyyət daşıyacaqdır. Bu vəzifə satış proseslərində aktiv iştirakı, yüksək səviyyəli müştəri xidmətinin göstərilməsini və Pərakəndə və Satış Kanalları Departamentinin strateji məqsədlərini dəstəkləyən məlumatlara əsaslanan hesabatların hazırlanmasını əhatə edir.

Öhdəliklər

  • Mövcud sığorta bazasının artırılması və müştərilərə xidmət göstərilməsi;
  • Potensial partnyorlarla danışıqların aparılması;
  • Məlumatlar əsasında satış hesabatlarının hazırlanması;
  • Birbaşa rəhbərin tapşırığı ilə digər işlərin icra edilməsi.

Bilik və Bacarıqlar

  • Satış sahəsi üzrə biliklər;
  • Sığorta qanunvericiliyi üzrə biliklər arzuolunandır;
  • Yüksək ünsiyyət və təqdimat bacarıqları;
  • Komandada işləmə bacarığı;
  • Dəqiqlik və məsuliyyət;
  • Yaranan şəraitə tez uyğunlaşma və reaksiya göstərmə bacarığı;
  • Dil bilikləri: Azərbaycan.

Təhsil və Təcrübə

  • Ali təhsil;
  • Müvafiq sahədə iş təcrübəsi arzuolunandır.

Bizim Təklifimiz

  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
  • Davamlı öyrənmə və inkişaf mədəniyyəti;
  • Dəstəkləyici və əməkdaşlığa açıq komanda mühiti;
  • “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily96
  • Weekly401
  • Monthly401