Təkrarsığorta üzrə mütəxəssis/kiçik mütəxəssis/assistent

  • Истекает 30 июль 2025

Vəzifə və öhdəliklər:

  • Şirkətin sığorta portfelinin daxilindən təkrarsığorta mühafızəsini tələb edən risklərin təkrar sığortasını təmin etmək;
  • Aparıcı yerli və xarici təkrarsığorta şirkətləri və brokerləri ilə uzunmüddətli əməkdaşlıq münasibətləri yaratmaq;
  • Sığorta şirkətləri, brokerlər və təkrarsığorta şirkətləri üçün müvafiq təqdimatların hazırlanmasında birbaşa rəhbərinə köməklik göstərmək;
  • Ötürülən t/s müqavilələri üzrə təklifləri diqqətlə analiz etmək və birbaşa rəhbərinin razılığı ilə müvafiq risklərin bu və ya digər şirkətdə təkrarsığortalanması barədə qərar qəbul etmək;
  • Fakültativ təkrarsığorta üzrə sliplər hazırlamaq, həmçinin müqavilələrin bağlanmasında iştirak etmək;
  • Bağlanan müqavilələrin sistemdə düzgün əksolunmasına nəzarət etmək. Tərəfindən aparılan və imzalanmış müqavilələrin sürətlərini sistemdə əks etdirmək;
  • Tərəfindən aparılan ötürülən t/s müqavilələri üzrə invoysların təqdim edilməsi;
  • Birbaşa rəhbərinin tapşırığına əsasən obliqator təkrarsığorta müqavilələrinin tərtib edilməsində iştirak etmək;
  • Partnyorlardan daxil olan təkrarsığortaya aid sorğuların vaxtı-vaxtında və prosedura əsasən cavablandırılması;
  • Daxil olan t/s müqavilələri üzrə ödənişlərin vaxtı-vaxtında köçürülməsi üçün maliyyə departamentinə lazım olan sənədləri hazırlayıb təhvil vermək;
  • Şöbədə istifadə olunan sənədlərin effektiv uçotunun həyata keçirilməsi;
  • Daxil olan təkrarsığorta risklərinin yenilənməsi prosesinə nəzarət etmək;
  • Kreditor və debitor borcların araşdırılmasında və əlaqələndirilməsində Maliyyə Departamentinə dəstək göstərmək;

Biliklər:

  • Ali təhsil: İqtisadiyyat, maliyyə, hüquq, riyaziyyat;
  • Dil bilikləri: Azərbaycan, İngilis və Rus dilləri;
  • Kompüter bilikləri: Microsoft Office proqramlarından istifadə etmək bacarığı.

Təcrübə:

  • Sığorta sahəsində təcrübə arzuolunandır.

Bacarıqlar:

  • Analitik təhlil, məntiq, məlumatları tez bir vaxtda anlamaq;
  • Bazar üzrə araşdırma və təhlil apara bilmək; 
  • Danışıq və təqdimat bacarığı.

Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link üzərindən müraciət edə bilərlər.

  • Daily73
  • Weekly586
  • Monthly466