Texniki Product Owner

  • Deadline 11 July 2025

İşin xülasəsi:

  • Texniki Product Owner komandalar ilə sıx işləyərək məhsulun texniki tələblərini müəyyən edir, prioritetləşdirir və onların keyfiyyətli şəkildə həyata keçirilməsini təmin edir. 
  • Məhsulun texniki yönünü təmsil edir və biznes ilə texniki komanda arasında körpü rolunu oynayır.

Vəzifə öhdəlikləri:

  • Texniki tələbləri hazırlamaq və dəqiqləşdirmək. Sistem arxitekturası, API-lər, inteqrasiyalar və performans məsələlərinə fokuslanmaq.
  • Biznes tələblərini anlamaq və texniki komandalarla əməkdaşlıq edərək spesifikasiyaları aydınlaşdırmaq və əhatəli sənədlər hazırlamaq:
    İstifadəçi hekayələri (user stories), texniki tapşırıqlar (technical tasks), və qəbul kriteriyalarını yazmaq.
  • Tapşırıqları prioritetləşdirmək və dəyişiklikləri idarə etmək.
  • Scrum komandası ilə gündəlik işləmək. Sprint planlama, daily stand-up, review və retrospective görüşlərində aktiv iştirak etmək.
  • KPI və texniki metrikləri izləmək (məsələn, sistem performansı, səhv nisbəti, deployment tezliyi). Riskləri əvvəlcədən görmək və idarə etmək.
  • Biznes tərəflərlə texniki məsələlərdə müzakirələr aparmaq.Tələbləri aydınlaşdırmaq və texniki izahlar vermək.
  • Məhsulun bütün həyat dövrünə rəhbərlik etmək – tələblərin toplanması və təhlilindən başlayaraq test, buraxılış və buraxılışdan sonrakı dəstəyə qədər.
  • Agile metodologiyaları əsasında məhsulun həyat dövrünü idarə etmək, məhsul backlog-unun idarə olunması, xüsusiyyətlər, təkmilləşdirmələr və texniki borcun prioritetləşdirilməsi ilə məhsulun uğurlu və vaxtında təqdim edilməsini təmin etmək.
  • Komanda və maraqlı tərəflər üçün məhsulun inkişafını istiqamətləndirəcək aydın məhsul strategiyası, yol xəritəsi və vizyon hazırlamaq və ünsiyyət qurmaq.
  • Bazar araşdırmaları, analizlər və hesablamalar aparmaqla məhsulun inkişafı və təkmilləşdirilməsi üçün tələbləri sənədləşdirmək və müəyyənləşdirmək.
  • Məhsula dair təqdimatlar və hesabatlar hazırlamaq və təqdim etmək.

Bilik və Bacarıqlar:

  • Ali təhsil: Kompüter elmləri, İT və ya əlaqəli sahədə
  • API-lər, mikroservis arxitekturası, məlumat bazaları və sistem inteqrasiyaları haqqında anlayış.
  • Jira, Confluence kimi alətlərdən istifadə bacarığı.
  • Agile prinsipləri üzrə bilik və təcrübə.
  • Müvafiq sahə üzrə 3il təcrübə tələb olunur.
  • Texniki sənədlərin hazırlanması bacarığı.
  • Güclü analitik və problem həll etmə bacarığı.
  • Ünsiyyət və təqdimat bacarığı.
  • Dil bilikləri: Azərbaycan, İngilis və Rus dillərində yüksək səviyyədə biliklərin olması. 
  • Scrum Product Owner sertifikatı (CSPO, PSPO və s.) Arzuolunandır

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin

  • Daily6
  • Weekly416
  • Monthly2163