Vəzifə Öhdəlikləri:
- Şirkət və məhsullar üzrə proseslərin analiz edilməsi, əlaqəli tərəflərin rəylərinin alınması, təhlil edilməsi və optimizasiya təkliflərinin hazırlanması;
- Şirkətdə tətbiq edilən proses optimizasiyası metodoloqiyasına əsasən işlərin aparılması (data və xərclərin təhlili, prioritetlərə təsir edəcək məqamların müəyyən edilməsi, məlumatların marağlı tərəflər ilə razılaşdırılması);
- Proseslərdə olan dəyişikliklərin sistemlərdə əks etdirilməsi üçün tələblərin komanda üzvlərinə (və ya əlaqəli digər tərəflərə) anlaşılan formada ötürülməsi (user story-lərin yazılması), test case-lərin yazılması və user acceptance testlərin həyata keçirilməsi;
- Proseslərin optimallaşdırmasına xidmət edən dünya standartlarının, rəqəmsal həllərin tətbiq edilə bilməsi üçün araşdırmaların aparılması, məhsulun və şirkət proseslərinin inkişafı üçün yeni innovativ yanaşmaların təklif edilməsi;
- Proseslərin effektivliyinin ölçülməsi;
- Biznes prosesləri tənzimləyən daxili normativ sənədlərdə məlumatların (prosesin) düzgün əks etdirilməsi, proseslərin mapping-ı (flow chart-ların hazırlanması);
- Proseslərdə risklərin müəyyən edilməsi və aşkarlanan risklərin bəyan edilməsi;
- Proses riskləri ilə bağlı kök səbəb təhlillərinin aparılması, fəaliyyət planının hazırlanması, deadlineların izlənilməsi;
- Fəaliyyəti zamanı əməliyyat riski və ya insident aşkar etdikdə, müvafiq daxili normativ sənədlə müəyyən edilmiş qaydada və müddətdə bu barədə əlaqəli strukturun məlumatlandırılmasının təmin edilməsi
Namizədə olan tələblər:
- İş təcrübəsi: Biznes analitik kimi 1 il iş təcrübəsi tələb olunur
- Təhsili/ixtisası: İqtisadiyyat, Maliyyə, Menecment, İT ixtisası üzrə bakalavr dərəcəsi
- Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: orta, Rus dili: orta
- Üstünlüklər: Sığorta bazarını, sığorta qanunvericiliyi anlamaq, sığorta məhsullarını bilmək, Biznes analitika üzrə sertifikasiyalar
- Kompüter bilikləri: MS Office: əla
- Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq, problem həlletmə, planlaşdırma, məlumatı toplamaq və təhlil etmək bacarığı/analitik düşüncə, geniş perspektiv, münasibət yaratma, keyfiyyət yönümlülük, dəyişikliklərə uyğunlaşma, dinamikanı anlamaq.
İmtiyazlar
- Sizin və ailənizin sağlamlığını qorumaq üçün tibbi sığorta paketləri
- Korporativ həyat sığortası / Ağır xəstəliklər qarşı sığorta
- Parkinq
- Fərdi inkişaf planları
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.