Biznes proseslərinin optimallaşdırılması mərkəzinin sənədləşmə funksiyası üzrə baş mütəxəssisi

Biznes proseslərinin optimallaşdırılması mərkəzinin sənədləşmə funksiyası üzrə baş mütəxəssisi

  • Истекает 25 январь 2026

Biznes proseslərinin optimallaşdırılması mərkəzi
Vəzifə Öhdəlikləri:

  • Biznes proseslərini tənzimləyən daxili normativ sənədlərin (prosedur, təlimat, qayda və s.) idarə edilməsi;
  • Müştərilərlə imzalanan standart tipli müqavilələrin, müqavilələrlə əlaqəli sənədlərin (ərizə formaları, yaddaş vərəqələri, əlavələr və s.) hazırlanması və dəyişikliklərin edilməsi;
  • Proseslərdə risklərin müəyyən edilməsi və aşkarlanan risklərin bəyan edilməsi;
  • Biznes proseslərinin siyahısının (BPU list) struktur bölmələrin iştirakı ilə tərtib edilməsi və mütəmadi yenilənməsi;
  • Struktur bölmələr üzrə daxili səlahiyyət bölgüsünün (RACI) struktur bölmələrin iştirakı ilə hazırlanması və yenilənməsi;
  • Daxili normativ sənədlərin reyestrinin aparılması və arxivləşdirilməsi;
  • Proseslər üzrə blok-sxemlərin hazırlanması;
  • Audit faktları, risk insidentləri və qanunvericiliklə bağlı yaranmış nöqsanların aradan qaldırılması üzrə işlərin aparılması (müzakirələrdə iştirak, kök səbəbin müəyyən edilməsi üzrə analizlərin aparılması, tədbirlər planının hazırlanması, son icra tarixlərinin izlənilməsi və əlaqəli tərəflərlə müzakirələrin aparılması);
  • Şirkətdə sənədlərin yenilənməsi üzrə təyin edilmiş məsul əməkdaşlarla işlərin koordinasiyası;
  • Rəhbərliyə hesabatların təqdim edilməsi.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Biznes proseslərinin optimallaşdırılması sahəsi üzrə 3 il iş təcrübəsi tələb olunur.
  • Təhsili: Hüquq, İqtisadiyyat, İdarəetmə və ya əlaqəli ixtisas üzrə bakalavr dərəcəsi
  • Dil bilikləri: Azərbaycan dili:əla, İngilis dili:orta
  • Üstünlüklər: İSO standartı (9001: 2015) üzrə biliklər
  • Kompüter bilikləri: MS Office:əla, Visio:əla
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily133
  • Weekly626
  • Monthly1413