Fərdi sığorta şöbəsinin müştəri meneceri

  • Deadline 22 İyun 2025

Satış departamenti 

Vəzifə Öhdəlikləri:

  • Şirkətin gəlir büdcəsinə uyğun olaraq müəyyən edilmiş fərdi satış planı çərçivəsində sığorta haqlarının yığılmasını təmin etmək;
  • Şirkətə yeni fərdi müştərilərin cəlb olunmasını həyata keçirmək;
  • Mövcud fərdi müştərilərlə əlaqələri genişləndirmək və uzunmüddətli əməkdaşlıq qurmaq;
  • Mövcud fərdi müştərilərlə sığorta müqavilələrinin yenilənməsini təmin etmək;
  • Debitor borclarının ödənilməsini təmin etmək;
  • Şirkətin mənafelərini yüksək səviyyədə təmsil etmək, vəzifələrini vaxtında, peşəkarcasına və məsuliyyətlə yerinə yetirmək;
  • Şirkətin müvafiq strukturlarına tələb olunan formada

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Satış sahəsi üzrə ən azı 1 il iş təcrübəsi
  • Təhsili/: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi
  • Xarici dil bilikləri: Rus dili: əla, İngilis dili: orta
  • Üstünlüklər: Güclü riyazi düşüncə və analitik bacarıqlar.

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily32
  • Weekly479
  • Monthly483