Hesabatlılıq şöbəsinin kiçik mütəxəssisi

  • Истекает 28 июль 2025

Vəzifə Öhdəlikləri:

 

  • Rəhbərliyə təqdim olunacaq hesabatların hazırlanmasında iştirak etmək;
  • Şirkət daxili hesabatlılıq üçün təqdim ediləcək hesabatların hazırlanmasında kənar mənbələrdən məlumatları toplamaq;
  • Hesabatlar üçün toplanmış məlumatlarda hər hansı uyğunsuzluq aşkarlanarsa, həmin məlumatların düzəldilməsi və ya dəqiqləşdirilməsi təmin etmək;
  • Aylıq və illik maliyyə yekunları əsasında MHBS-ə (İFRS) uyğun düzəlişlərin verilməsi;
  • Hər bir hesabat ayının sonunda faktiki və büdcə nəticələrinin müqayisəsi, yaranan fərqlərin analitik təhlil həyata keçirərək səbəblərinin araşdırılması;
  • Büdcə prosesi üçün lazım olan tarixi məlumatların digər struktur bölmələrin sorğusuna əsasən təqdim etmək;
  • Büdcənin yekun olaraq formalaşmasında və tələb olunan xüsusi təhlillərin aparılmasında iştirak etmək;
  • Kənar audit yoxlama prosesində iştirak edilməsi və yoxlama üçün hesabatların, açıqlamaların tərtib və təqdim edilməsi.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Maliyyə sahəsi üzrə ən azı 6 ay iş təcrübəsi tələb olunur;
  • Təhsili: İqtisadiyyat, Maliyyə, Mühasibat uçotu ixtisasları üzrə bakalavr dərəcəsi;
  • Dil bilikləri: Azərbaycan və ingilis dillərində sərbəst danışmaq və yazışma aparmaq bacarığı. Rus dili arzuolunandır;
  • Kompüter bilikləri: MS Office proqramlarını əla səviyyədə bilmək.
  • Üstünlüklər: ACCA FA imtahanını uğurla tamamlamış olmaq (ACCA FR arzuolunandır), SQL və Power BI üzrə biliklər arzuolunandır;

​​​​​​​Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily4
  • Weekly628
  • Monthly1775