İnformasiya təhlükəsizliyi departamentinin mütəxəssisi

İnformasiya təhlükəsizliyi departamentinin mütəxəssisi

  • Deadline 26 July 2025

İnformasiya təhlükəsizliyi departamenti

Vəzifə Öhdəlikləri:

  • İnformasiya təhlükəsizliyi siyasətləri, prosedurlar və standartların tətbiqinə dəstək göstərmək;
  • İnformasiya təhlükəsizliyi üzrə insidentlərin monitorinqi, ilkin təhlili və müvafiq tədbirlərin həyata keçirilməsində iştirak;
  • Antivirus, DLP, SIEM, EDR və digər təhlükəsizlik həllərinin gündəlik monitorinqi və idarəsi;
  • İstifadəçi fəaliyyətlərinin təhlükəsizlik baxımından auditinin aparılması və  pozuntuların aşkar edilməsi;
  • Əlaqəli şöbələrlə birlikdə risklərin qiymətləndirilməsində və təkliflərin hazırlanmasında iştirak;
  • Sistem və tətbiqlərə aid zəifliklərin müəyyən olunması, təhlili və uyğun tədbirlərin təklif olunması;
  • İT layihələrinin informasiya təhlükəsizliyi baxımından qiymətləndirilməsində iştirak;
  • Tənzimləyici orqanların və daxili auditin tələblərinə uyğun sənədlərin hazırlanmasına dəstək;
  • İşçilər üçün təhlükəsizlik maarifləndirilməsi və təlimatların hazırlanmasında iştirak;
  • İnformasiya təhlükəsizliyi insidentləri üzrə araşdırma prosesində iştirak və hesabatların hazırlanması.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: İnformasiya təhlükəsizliyi sahəsi  üzrə 1 il iş təcrübəsi tələb olunur.
  • Təhsili: İnformasiya təhlükəsizliyi üzrə bakalavr dərəcəsi
  • Dil bilikləri: Azərbaycan dili: əla , Rus dili: orta , İngilis dili: orta
  • Kompüter bilikləri: MS Office: orta;
  • Üstünlüklər: CEH, OSCP, OSEP, CompTIA və s. üzrə sertifikatlarına sahib olmaq
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, geniş perspektiv, dəyişikliklərə uyğunlaşma.

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Maraqlanan namizədlər 
Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily4
  • Weekly628
  • Monthly1775