İnzibati işlər şöbəsinin nəqliyyat koordinatoru (İnzibati işlər şöbəsi)

İnzibati işlər şöbəsinin nəqliyyat koordinatoru (İnzibati işlər şöbəsi)

  • Deadline 3 Mart 2026

Vəzifə Öhdəlikləri:

  • Nəqliyyat vasitələrinin hərəkətinin planlaşdırılması və izlənilməsi;
  • Marşrutların və sürücülərin iş qrafiklərinin təşkil edilməsi;
  • Sürücülərlə daimi əlaqənin saxlanılması və onlara təlimatların verilməsi;
  • Şirkət əməkdaşlarının nəqliyyat ehtiyacının təmin edilməsi;
  • Nəqliyyat sistemində nəqliyyat sifarişlərinin qəbul edilməsi və əməkdaşlar üçün nəqliyyat vasitələrinin təyin edilməsi və sifarişlərin vaxtında cavablandırılması;
  • Nəqliyyat vasitələrinin müntəzəm texniki baxışdan keçirilməsinin təmin edilməsi;
  • Nəqliyyat vasitələrinin icbari və kasko sığortalarının müntəzəm yenilənməsinin təşkil edilməsi;
  • Yoxlama siyahısı əsasında nəqliyyat vasitələrinin təmizlik və sazlıq vəziyyətinin həftəlik yoxlanılması;
  • Nəqliyyat vasitələrinin müntəzəm təmizlənməsinin təşkil edilməsi;
  • Nəqliyyat vasitələrinin sazlığına nəzarət edilməsi və sıradan çıxmış ehtiyat hissələrinin təmirinin və ya yenisi ilə vaxtında əvəz edilməsinin təşkil edilməsi;
  • Nəqliyyat vasitələrinin üzərində reklam daşıyıcılarının yerləşdirilməsi və bununla bağlı sənədləşmə işlərinin aparılması;
  • Nəqliyyat vasitələrinin yanacaq sərfiyyatı və kilometraj üzrə analizlərin aparılması və hesabatların hazırlanması;
  • Yanacaq kartlarının hər ay müəyyən edilmiş limitlərə riayət olunmaqla yenidən yüklənməsinin təşkil edilməsi;
  • Nəqliyyat əməliyyatları ilə bağlı müvafiq sənədlərin hazırlanması və hesabatların təqdim edilməsi.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Nəqliyyat koordinatoru və ya əlaqəli sahə üzrə 2 il iş təcrübəsi tələb olunur.
  • Təhsili: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi tələb olunur.
  • Dil bilikləri: Azərbaycan dili : əla
  • Kompüter bilikləri: MS Office : əla

Üstünlüklər:

  • Qanunvericilik üzrə biliklər, sahə üzrə funksional baza biliklərinə sahib olmalı;
  • Çalışqan, təşəbbüskar, məsuliyyətli və enerjili olmalı;
  • Bakı şəhərini mükəmməl tanımalı;
  • Yol-nəqliyyat işinin təşkilini bilməli.

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily117
  • Weekly531
  • Monthly538