İstedadların cəlbi və Əməkdaşlarla münasibətlərin tənzimlənməsi şöbəsinin baş mütəxəssisi

İstedadların cəlbi və Əməkdaşlarla münasibətlərin tənzimlənməsi şöbəsinin baş mütəxəssisi

  • Deadline 20 İyul 2025

Vəzifə Öhdəlikləri:

  • Funksional rəhbərlərlə yaxından çalışaraq əvvəldən sonadək işə qəbul prosesini icra etmək;
  • Biznes funksiyalarında işə qəbul ehtiyaclarını öncədən planlamaq;
  • Səmərəli kanallardan istifadə etməklə istedadların axtarışını həyata keçirmək, istedadları müəyyən etmək və onları şirkətə cəlb etmək;
  • İşə götürmə metriklərini diqqətlə izləmək və təhlil etmək;
  • İşə götürən brendinin gücləndirilməsi məqsədilə müvafiq töhfələr vermək;
  • İşə qəbul və namizədlərin seçilməsi prosesinin təşkilati ehtiyaclar, işə qəbul planı, personal büdcəsi, şirkət siyasət və prosedurlarına uyğunluğunu təmin etmək;
  • Karyera günləri və işə qəbul ilə əlaqədar digər tədbirlərdə şirkəti təmsil etmək və bu tipli tədbirləri təşkil etmək;

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Talantların cəlb olunması rolunda ən azı 3 (üç) il iş təcrübəsi
  • Təhsili/ixtisası: İR sahəsində təhsil, təlim və beynəlxalq dərəcəli sertifikatlar arzu olunandır
  • Xarici dil bilikləri: İngilis dili və rus dili: yüksək səviyyədə
  • Üstünlüklər: SHRM, HRCI beynəlxalq serfitikatlarının olması
  • Kompüter bilikləri: MS Office: əla
  • Mütəxəssis və rəhbər rolları da daxil olmaqla, müxtəlif səviyyələrdə işə qəbul təcrübəsi Səriştə yönümlü müsahibələrın aparılmasında bilik və bacarıq mütləqdir
  • İşə qəbul metriklərini bilmək və təcrübəli olmaq

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily18
  • Weekly428
  • Monthly2175