Korporativ hüquq şöbəsinin təcrübəçisi

  • Истекает 30 июнь 2026

Hüquq, müştəri əməliyyatları və sığorta hadisələri departamenti, Korporativ hüquq şöbəsi

Vəzifə Öhdəlikləri:

  • Satınalma ilə bağlı xırda məbləğli alış sənədlərinin, qiymət razılaşdırılması protokollarının və əlavələrin ilkin analizi;
  • Kənar strukturlardan daxil olan məktubların ilkin analizi;
  • Korporativ hüquq tərəfindən göndərilməli olan məktubların ilkin draftlarının hazırlanması;
  • Vəkil sorğularının cavablandırılmasına dəstək;
  • Mərkəzi Bankdan daxil olan lisenziyası ləğv və bərpa edilən sığorta vasitəçiləri ilə bağlı məktublar üzrə sığorta vasitəçiləri reyestrinin yoxlanılması, uyğunluğun olub-olmamasına baxılması və cavablandırmaya dəstək;
  • Sığorta vasitəçilərinin reyestrinin yenilənməsi və imzalanmış sənədlərin aidiyyəti strukturlara göndərilməsi;
  • Yerli və beynəlxalq qanunvericilik, tənzimləyici yanaşmalar və qabaqcıl təcrübələrin araşdırılmasına dəstək;
  • İmza səlahiyyətləri və elektron təsdiq vasitələri ilə bağlı daxil olan sorğuların izlənilməsi və ehtiyacın yaranması səbəbinin ilkin araşdırılması;
  • Elektron məhkəmə sisteminin yoxlanılması, məhkəmə işləri reyestrinin yenilənməsi və iclasların kalendara salınması;
  • Etibarnamələr üzrə ilkin baxışın aparılması;
  • Sığorta fəaliyyətinə təsir edə biləcək, habelə hüquqi tənzimləməyə əhəmiyyətli təsir edən Ali Məhkəmə və Konstitusiya Məhkəməsinin qərarlarının izlənilməsi, ilkin analizi və məlumat verilməsi.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Sahə üzrə təcrübə tələb olunmur.
  • Təhsili: İstənilən sahə üzrə bakalavr dərəcəsi tələb olunur.
  • Dil bilikləri: Azərbaycan dili:əla
  • Kompüter bilikləri: MS Office:yaxşı səviyyə.

Üstünlüklər:

  • Hüquq ixtisası üzrə ali təhsil;
  • Korporativ mühitdə iş təcrübəsinə sahib olmaq;
  • İngilis və rus dillərini yaxşı səviyyədə bilmək.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily1
  • Weekly620
  • Monthly2689