Korporativ kommunikasiya şöbəsinin mütəxəssisi/kiçik mütəxəssisi

  • Истекает 18 май 2026

Korporativ kommunikasiya şöbəsi

Vakansiya analıq məzuniyyətində olan əməkdaşın əvəzlənməsi məqsədilə 6 aylıq müddət üçün nəzərdə tutulmuşdur

Vəzifə Öhdəlikləri:

  • Şirkətin daxili və xarici kommunikasiya fəaliyyətləri üzrə kontentin hazırlanması və koordinasiyasının həyata keçirilməsi;
  • Şirkət tərəfindən təşkil olunan daxili və xarici tədbirlərin, layihələrin və kampaniyaların planlanması və təşkili;
  • Daxil olan kontentlərin emalı, təhlili və müvafiq hesabatların hazırlanması;
  • Employee Branding, brand tanıtımı və digər şirkətdaxili layihələr üzrə yaradıcı təşəbbüslərin irəli sürülməsi və innovativ yanaşmaların tətbiqi;
  • Korporativ sosial məsuliyyət (KSM), sponsorluq və sosial layihələrin təşkili və idarə olunması;
  • Video və foto materiallarının hazırlanması, kommunikasiya kontentlərinin yazılması və redaktə olunması;
  • Promo materialların və korporativ hədiyyələrin sifariş prosesinin idarə olunması, anbar stokuna nəzarətin həyata keçirilməsi.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Sahə üzrə 2 il iş təcrübəsi tələb olunur. Korporativ kommunikasiya sahəsində fəaliyyət göstərən kiçik mütəxəssislərin müraciətləri də nəzərdən keçiriləcək.
  • Təhsili: Marketinq, Biznesin İdarəedilməsi, Beynəlxalq Münasibətlər, İqtisadiyyat və digər əlaqəli ixtisaslar üzrə ali təhsil tələb olunur.
  • Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:orta
  • Üstünlüklər: Marketinq,korporativ kommunikasiya istiqamətlərində iş təcrübəsinin olması;
  • Kompüter bilikləri: MS Office:əla
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily118
  • Weekly650
  • Monthly783