Maliyyə və sığorta risklərinin idarə edilməsi şöbəsinin müdiri

  • Истекает 14 май 2026

Risklərin idarəedilməsi departamenti, Maliyyə və sığorta risklərinin idarə edilməsi şöbəsi

Vəzifə Öhdəlikləri:

  • Cəmiyyət üzrə maliyyə və sığorta risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və effektiv idarə olunmasının təşkili;
  • Risklərin idarəedilməsi üzrə tənzimləyici və daxili nəzarət çərçivəsinin tətbiqi və təkmilləşdirilməsinə rəhbərlik;
  • Risklərin ölçülməsi üçün model və alətlərin qurulması, inkişaf etdirilməsi və tətbiqinə nəzarət;
  • Risklərin idarəedilməsi siyasətləri, prosedurları və limitlərə əməl olunmasına nəzarət;
  • Risk İştahası Bəyannaməsinin hazırlanması, yenilənməsi və risk metriklərinin inkişaf etdirilməsi üzrə təkliflərin verilməsi;
  • Risk limitlərinin monitorinqi, pozuntuların təhlili və yumşaldıcı tədbirlərin həyata keçirilməsinə nəzarət;
  • Stress test və ssenari analizlərinin təşkili, nəticələrinin təhlili və qərarverməyə inteqrasiyası;
  • Solvency modeli çərçivəsində risklər üzrə kapital tələblərinin hesablanması və kapitalın effektiv bölüşdürülməsi üzrə təkliflərin verilməsi;
  • Maliyyə və sığorta riskləri üzrə hesabatlılığın, risk göstəricilərinin və monitorinq sistemlərinin təmin edilməsi;
  • Şöbənin fəaliyyətinin idarə olunması, əməkdaşların işinin koordinasiyası və təşkilat üzrə risk mədəniyyətinin inkişaf etdirilməsi.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Maliyyə və sığorta risklərinin idarə edilməsi sahəsi üzrə 5 il və daha çox iş təcrübəsi tələb olunur.
  • Təhsili: Risklərin idarə edilməsi, Maliyyə, İqtisadiyyat, Aktuar və ya  sahə üzrə əlaqəli bakalavr dərəcəsi tələb olunur.
  • Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:əla
  • Üstünlüklər: CFA, FRM sertifikatlarına sahib olmaq üstünlükdür.
  • Kompüter bilikləri: MS Office:əla
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və geniş perspektiv, zamanın idarəolunması, planlaşdırma.

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily0
  • Weekly157
  • Monthly290