Maliyyə və sığorta risklərinin idarə edilməsi şöbəsinin mütəxəssisi

  • Истекает 31 январь 2026

Risklərin idarəedilməsi departamenti,Maliyyə və sığorta risklərinin idarə edilməsi şöbəsi

Maliyyə və sığorta risklərinin idarə edilməsi şöbəsinin mütəxəssisi

Vəzifə Öhdəlikləri:

  • Sığorta portfeli üzrə sığorta risklərinin müəyyənləşdirilməsində və bu risklərin statistik/ekspert modellərdən və ya alətlərdən istifadə edərək qiymətləndirməsini həyata keçirmək;
  • Şirkətin Solvency II standartları üzrə ödəməqabiliyyətliliyinin qiymətləndirilməsinə iştirak və requlyativ kapital tələblərinə riayyət edilməsinə nəzarət etmək;
  • Makroiqtisadi və idiosinkratik ssenarilər üzrə stress-testlərin həyata keçirilməsində və tədbirlər planının formalaşdırılmasında iştirak etmək;
  • Sığorta riskləri üzrə əsas risk göstəricilərini formalaşdırmaq, tətbiqini və hesabatlığını təmin etmək, aylıq sığorta riski hesabatını hazırlamaq;
  • Risk sağlamlıq indeksində sığorta riski üzrə kəmiyyət göstəricilərini rüblük əsasda hesablamaq;
  • Risklərin idarəedilməsi üzrə daxili normativ sənədləri hazırlamaq və yenilənməsini təmin etmək;
  • Ölüm və əlillik riski üzrə proqnozlaşdırılan ehtimalların reallaşma göstəricilərini izləmək və qiymətqoyma prosesinə nəzarət etmək və gözlənilən sığorta ödənişlərinin reallaşma göstəriciləri əsasında vintaj analizi aparmaq;
  • Xitam üzrə analiz aparmaq, müqavilələrin davamlılıq əmsalını hesablamaq;
  • Risk məhsulları üzrə zərərlilik dərəcəsini hesablamaq, bu məhsullarla bağlı təkliflər vermək;
  • Şirkətdaxili risk mədəniyyətinin atırılması məqsədilə sığorta riski üzrə maarifləndirmə sessiyalarının həyata keçirilməsində iştirak etmək;
  • Qlobal və yerli bazarda sığorta riskləri üzrə trendləri izləmək, yeni risk faktorlarının şirkətə təsirini təhlil etmək;
  • Sığorta riski üzrə monitorinqləri həyata keçirmək.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Maliyyə və sığorta riskləri və ya aktuariat üzrə 1 il iş təcrübəsi tələb olunur.
  • Təhsili: Riyaziyyat, Maliyyə, İqtisadiyyat ixtisas üzrə bakalavr dərəcəsi;
  • Dil bilikləri: Azərbaycan dili:əla , Rus dili:orta , İngilis dili:əla
  • Kompüter bilikləri: MS Office:əla

Üstünlüklər:

  • SOA Exam P/FM və ya yerli aktuari imtahanlarında nailiyyət;
  • Solvency 2 və IFRS 17 standartı ilə bağlı nəzəri və ya praktiki biliklərin olması.

Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.
Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily0
  • Weekly0
  • Monthly1942