Məhsullar üzrə proqramlaşdırma bölməsinin proqramçısı

Məhsullar üzrə proqramlaşdırma bölməsinin proqramçısı

  • Deadline 24 July 2025

Vəzifə öhdəlikləri:

  • Maraqlı tərəflərin, məhsul sahibinin və birbaşa rəhbərin sifarişlərini vaxtında və lazımi səviyyədə icra etmək;
  • Biznesə dəstək məqsədi ilə məhsullar üzrə verilmiş texniki tapşırıqları analiz etmək və avtomatlaşdırma proseslərini idarə etmək;
  • Şirkətin, onun filial və nümayəndəliklərinin işinin avtomatlaşdırılması üçün idarəetmə sistemlərinin yaradılması istiqamətində proqram təminatına dair tapşırıqları təhlil etmək və həyata keçirmək;
  • User Story, Technical Story, Bug, Support və digər üsullarla daxil olan müraciətlər üzrə proqram təminatlarının vaxtında hazırlanması və proseslərin təhlilini təmin etmək;
  • Hazırlanan proqram təminatlarının unit testlərini yazmaq və müəyyən edilmiş test növlərini tətbiq etmək;
  • Hazırlanan proqram təminatlarının təhlükəsizliyini təmin etmək;
  • Proqram təminatlarında biznes ehtiyaclarına uyğun olaraq hər bir əməliyyatdan sonra logların saxlanılmasını təmin etmək;
  • Proqram təminatlarını verilmiş standartlara və struktura uyğun şəkildə hazırlamaq;
  • Yazılmış kodlara müvafiq qeydlər əlavə etmək və sənədləşməni təmin etmək;
  • Kodların Azure DevOps sisteminə inteqrasiya edilməsi və deployment prosesini başlatmaq;
  • Proqram kodlarının təhlükəsiz saxlanmasını və daimi olaraq açıq kodların analizini təmin etmək;
  • Qurulmuş proseslərin mövcud sistemlərə və biznesə təsirini yoxlamaq;
  • Verilənlər bazasının strukturunu qurmaq, giriş-çıxış məlumatlarının təhlükəsizliyini təmin etmək;
  • Verilənlər bazasında dinamik axtarış və əməliyyatlar üçün prosedur və funksiyaların hazırlanması;
  • Zərurət olduqda, fəaliyyət göstərilən modullar üzrə SQL hesabatlar və sorğular hazırlamaq;
  • Fəaliyyət zamanı əməliyyat riski və ya insident aşkar edildikdə, daxili normativ sənədlərlə müəyyən edilmiş qayda və müddət çərçivəsində əlaqədar strukturun məlumatlandırılmasını təmin etmək.

Namizədə olan tələblər:

İş təcrübəsi:

  • Proqramlaşdırma sahəsi üzrə 3 il iş təcrübəsi tələb olunur.

Təhsil:

  • İstənilən ixtisas üzrə bakalavr dərəcəsi.

Dil bilikləri:

  • Azərbaycan dili – əla
  • İngilis dili – orta

Üstünlüklər:

  • Agile metodologiyası ilə işləmə təcrübəsi
  • CI/CD pipeline-lar ilə işləmə təcrübəsi
  • Müxtəlif API monitorinq alətləri ilə işləmə təcrübəsi
  • Loglama metodları ilə işləmə təcrübəsi
  • Müxtəlif test metodları (Unit, Integration, API testing və s.) ilə işləmə təcrübəsi
  • API sənədləşdirmələri ilə işləmə təcrübəsi

Kompüter bilikləri:

  • ASP.NET – əla
  • C# – əla
  • ASP.NET Core Web API – əla
  • MSSQL (T-SQL) – orta
  • PostgreSQL – orta
  • Docker – orta
  • Grafana – orta
  • Kafka – orta
  • Kubernetes (k8s) – orta

Biz nə təklif edirik:

  • Tibbi sığorta: Sizin və ailənizin sağlamlığınızı qorumaq üçün geniş sığorta paketi
  • Korporativ Həyat Sığortası: Kritik xəstəlikdən sığortalan
  • Peşəkar inkişaf və təlim imkanları
  • Dinamik və innovativ iş mühiti.
  • Parkinq imkanı

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily6
  • Weekly416
  • Monthly2163