QA Engineer (Senior)

  • Deadline 5 March 2026

Proqramlaşdırma mərkəzi

Vəzifə öhdəlikləri

  • Tələblər və Acceptance Criteria üzrə dəqiqləşdirmə aparmaq, test oluna bilən və ölçülə bilən qəbul meyarlarının formalaşdırılmasını təmin etmək;
  • Release və ya tapşırıq üzrə Test Plan hazırlamaq (scope, risklər, giriş/çıxış meyarları və timeline);
  • Risk əsaslı test strategiyasını tətbiq etmək və kritik biznes axınları üçün end-to-end test əhatəsini təmin etmək;
  • Test dizayn metodlarından istifadə etməklə test ssenariləri hazırlamaq (Equivalence Partitioning, BVA, Decision Tables, State Transition və s.);
  • Funksional, inteqrasiya və sistem səviyyəsində manual testləri icra etmək; smoke, regression və acceptance testlərini planlamaq və həyata keçirmək;
  • REST API testlərini aparmaq (request/response, headers, status kodları və JSON payload analizi);
  • DevTools və log analizindən istifadə etməklə texniki problemləri araşdırmaq və nəticələri sənədləşdirmək;
  • Defektlərin strukturlaşdırılmış şəkildə qeydiyyatını aparmaq, statusunu izləmək və re-test prosesini icra etmək;
  • Test nəticələrini sənədləşdirmək və Requirements Traceability Matrix (RTM) üzrə uyğunluğu təmin etmək;
  • Test məlumatlarının hazırlanmasını təşkil etmək və məlumat təhlükəsizliyi tələblərinə riayət etmək;
  • Test mühitlərinin və versiya asılılıqlarının düzgünlüyünü yoxlamaq, uyğunsuzluqları eskalasiya etmək;
  • UI və API səviyyəsində test avtomatlaşdırmasını həyata keçirmək və maintainable test framework qurmaq;
  • Avtomatlaşdırılmış testləri CI/CD pipeline-a inteqrasiya etmək və test hesabatlılığını təmin etmək;
  • Keyfiyyət metrikalarını (test coverage, defect leakage və s.) izləmək və hesabatlandırmaq;
  • Agile/Scrum proseslərində iştirak etmək, QA proseslərinin təkmilləşdirilməsinə və junior QA-ların inkişafına dəstək vermək.

Namizədə olan tələblər

  • İş təcrübəsi: QA sahəsi üzrə minimum 4 il iş təcrübəsi tələb olunur (ən azı 2 il test avtomatlaşdırması sahəsi üzrə olmaq şərtilə).
  • Təhsil/ixtisas: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi tələb olunur.
  • Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:orta
  • Üstünlüklər: Proqramlaşdırma biliklərinə malik olmaq üstünlükdür.
  • Kompüter bilikləri: Postman : əla səviyyə.

Texniki bilik və bacarıqlar

  • Minimum 1 proqramlaşdırma dili: Java / JavaScript / TypeScript / Python
  • UI automation alətləri: Playwright / Cypress / Selenium
  • API automation: RestAssured / pytest / Postman + Newman

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily0
  • Weekly600
  • Monthly2490