Struktur bölmə: Risklərin idarəedilməsi departamenti,Təşkilatı və model risklərin idarə edilməsi şöbəsi
Vəzifə Öhdəlikləri:
- Risklərin ehtimal və təsirinin təhlili, risk xəritələrinin hazırlanması;
- Risk göstəricilərinin (KRI, RAS) izlənməsi və vaxtında eskalasiya edilməsi;
- İdarə Heyəti, Risk Komitəsi və CRO üçün hesabatların hazırlanması;
- Risk limitlərinin icrasına nəzarət;
- Risk idarəetmə siyasət və prosedurlarının tətbiqi və təkmilləşdirilməsi;
- Risk iştahası və limitlərin müəyyən edilməsində iştirak;
- ORSA prosesinə dəstək və kapital adekvatlığına təsirin qiymətləndirilməsi;
- ESG risklərinin qiymətləndirilməsi və hesabatlılıq prosesinə dəstək;
- Şirkət daxilində risk mədəniyyətinin formalaşdırılmasına dəstək.
Namizədə olan tələblər:
- İş təcrübəsi: Sahə üzrə 3 il iş təcrübəsi tələb olunur.
- Təhsili: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi
- Dil bilikləri: Azərbaycan dili: əla; İngilis dili: əla
- Kompüter bilikləri: MS Office:əla
- Üstünlüklər: Python proqramlaşdırma dili və Dataiku mühitində işləmə təcrübəsi arzuolunandır
- Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma; müştəri yönümlülük; inam yaratma; komanda işi; əməkdaşlıq və keyfiyyət yönümlülük; problem həlletmə; planlaşdırma;
Biz nə təklif edirik:
- Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
- Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
- Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
- Ödənişsiz dayanacaq imkanının təmin olunması;
- “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
- İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link üzərindən müraciət edə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.