Risklərin idarəedilməsi departamenti
Vəzifə Öhdəlikləri:
- Modellərin validasiyası, nəticələrin qiymətləndirilməsi və hesabatların hazırlanması;
- Modellərin tərtibatı, tətbiqi və sənədləşdirilməsi proseslərinə nəzarət;
- Məlumat keyfiyyəti və model nəticələrinin düzgünlüyünün yoxlanılması;
- Model uyğunsuzluqlarının və risklərinin müəyyən edilməsi və idarə olunması;
- Model inventarının idarə olunması və yenilənməsi;
- Validasiya tövsiyələrinin icrasına nəzarət, üçüncü tərəf validasiyalarının təhlili;
- Modellərin avtomatlaşdırılması və tətbiqi üzrə texniki tapşırıqların hazırlanmasında iştirak;
- Daxili sənədlərin hazırlanması və model idarəçiliyi üzrə proseslərin təkmilləşdirilməsi;
- Maraqlı tərəflərlə əlaqə və rəhbərlik tərəfindən verilən digər tapşırıqlarının icrası.
Namizədə olan tələblər:
- İş təcrübəsi: Sahə üzrə 2 il iş təcrübəsi tələb olunur.
- Təhsili: Maliyyə , riyaziyyat və ya data analitika ilə bağlı bakalavr dərəcəsi
- Dil bilikləri: İngilis dili:əla ; Azərbaycan dili:əla
- Kompüter bilikləri: MS Office:əla , PowerBI:orta
Üstünlüklər: Python proqramlaşdırma dili və Dataiku mühitində işləmə təcrübəsi arzuolunandır
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma; müştəri yönümlülük; inam yaratma; komanda işi; əməkdaşlıq və keyfiyyət yönümlülük; problem həlletmə; planlaşdırma;
Biz nə təklif edirik:
- Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
- Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
- Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
- Ödənişsiz dayanacaq imkanının təmin olunması;
- “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
- İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.