Təsvir
- PASHA Malls üçün reklam gəlirləri üzrə tərəfdaşlarla münasibətlərin idarə olunmasını və koordinasiyasını həyata keçirmək;
- Tender proseslərinin və müqavilələrin hazırlanmasının koordinasiyasını təmin etmək;
- Reklamların dəyişdirilməsi ilə bağlı icazə proseslərinin vaxtında tamamlanmasına nəzarət etmək;
- Hesab-faktura (invoice) proseslərinin mütəmadi monitorinqini və nəzarətini həyata keçirmək, müvafiq hesabatlar hazırlamaq;
- PASHA Malls-ın LinkedIn səhifəsinin idarə olunması üzrə strateji planlar hazırlamaq və icrasını təmin etmək;
- İzləyici aktivliyini (engagement) artırmaq və məzmunu şirkətin brend hədəflərinə uyğunlaşdırmaq;
- Qlobal marketinq trendlərini və gündəmlərini izləmək, mütəmadi hesabatlar təqdim etmək;
- PASHA Malls brendlərinin təşviqi üçün innovativ marketinq kanalları və tədbirlər təklif etmək;
- Marketinq təşəbbüslərində süni intellektin (AI) tətbiqi imkanlarını araşdırmaq;
- Marketinq layihələrində AI əsaslı alət və texnologiyaların inteqrasiyasına rəhbərlik etmək;
- Ticarət mərkəzlərinə (mall) uyğun mobil tətbiqlər üzrə qlobal trendləri və ən yaxşı təcrübələri araşdırmaq;
- Şirkət tərəfindən mobil tətbiqin tətbiqi ilə bağlı qərar verildiyi halda, inkişaf prosesinə nəzarət etmək;
- Tədbirlər üçün video hazırlanması daxil olmaqla, təyin edilmiş layihə əsaslı işlərin idarə olunmasını təmin etmək;
- Təyin edilmiş marketinq mövzuları üzrə detallı hesabatlar və təhlillər hazırlamaq;
- HR tərəfindən təşəbbüs edilən marketinq layihələrinə dəstək göstərmək;
- PASHA Malls brendinin gücləndirilməsi məqsədilə strategiyalar hazırlamaq və müvafiq fəaliyyətləri icra etmək.
Tələblər
- Müvafiq sahə üzrə bakalavr dərəcəsi (Marketinq, Kommunikasiya, Tədbirlərin İdarə Edilməsi və s.);
- Oxşar vəzifədə minimum 5 il iş təcrübəsi; üstünlük oxşar sahələrdə (ticarət mərkəzləri, hotellər və s.) təcrübəsi olan namizədlərə verilir;
- Dizayn proqramları üzrə orta səviyyədə biliklərin olması üstünlükdür;
- Sosial media idarəçiliyi üzrə güclü bilik və təcrübə;
- Lüks pərakəndə brendlərlə əvvəlki iş təcrübəsi üstünlükdür;
- Eyni vaxtda bir neçə vaxt məhdudiyyətli layihəni idarə etmək üçün güclü zamanın idarə olunması bacarıqları;
- Hesabatların və təqdimatların hazırlanması, marketinq göstəricilərinin təhlili, məlumatların çıxarılması və komanda üzvləri ilə paylaşılması üçün yaxşı kompüter bacarıqları;
- Media ilə güclü işgüzar əlaqələrin olması;
- Tədbirlərin təşkili və idarə olunması, eləcə də məhsul təqdimatları üzrə təcrübə;
- Yaradıcılıq və ən son marketinq trendləri barədə məlumatlılıq;
- Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
- Azərbaycan, İngilis və Rus dillərində səlis bilik;
- Ölkə daxilində ezamiyyətə çıxmaq imkanı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.