PASHA Property PASHA Property
  • 873

PASHA Property

Əmlakın idarəedilməsi

İR Əməliyyatları üzrə Menecer

  • Deadline 7 Avqust 2025

Təsvir

  • Şirkət daxilində İR əməliyyatlarının səlis şəkildə yerinə yetirilməsinə rəhbərlik etmək;
  • İR əməliyyat komandasının fəaliyyətini qiymətləndirilmək (vəzifə, öhdəlik və prioritetləri aydın formada təyin etmək və onların icrasına nəzarət etmək), onları həvəsləndirmək və inkişaf etdirmək;
  • İR əməliyyatlarını dəstəkləmək üçün müvafiq İR təlimat və təcrübələrini inkişaf etdirmək və tətbiq etmək;
  • Razılaşdırılmış format və vaxt daxilində İR məlumatlarının nəzarəti, təhlili və hesabatlılığı üçün müvafiq alətlərin hazırlanması və tətbiq edilməsi;
  • İR əməliyyatlarının qanunvericiliyə uyğunluğunu təmin etmək və yaxşılaşdırmaq üçün bu sahədə biliklərini daim inkişaf etdirmək;
  • Tələb olunan kağız və elektron formatlı şəxsi qovluqların və qeydlərin düzgün və vaxtında yaradılmasını təmin etmək;
  • Heyətə aid hesabatların və statistikanın müntəzəm olaraq verilməsini təmin etmək;
  • İR və iş proseslərini dəstəkləyən yeni İR sistemləri və alətlərinin seçilməsinə, yerləşdirilməsinə və istifadəsinə dəstək vermək;
  • Əsas İR metriklərini inkişaf etdirmək və nəzarət etmək;
  • Optimal səmərəlilik və effektivlik üçün fürsətlər barədə məsləhət vermək;
  • İR siyasəti və prosedurları ilə bağlı daxili məsləhətçi kimi fəaliyyət göstərmək;
  • Aylıq əmək haqqının vaxtında ödənilməsinə cavabdehlik daşımaq;
  • Aylıq, rüblük və illik hesabatları hazırlamaq və onları daxili (Mühasibat və Vergi şöbələri və s.) və xarici qurumlara (DSMF, Statistika, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və s.) təqdim etmək;
  • İR informasiya sistemində yeni proseslərin işlənilib hazırlanması və mövcud proseslərin təkmilləşdirilməsi ilə bağlı peşəkar təklif və tövsiyələr vermək;
  • Əmək haqqı hesablanmasına dair qanunvericilikdə edilmiş dəyişiklikləri vaxtında və düzgün tətbiq etmək üçün İR informasiya sistemini komandası ilə işləmək – sistemi təkmilləşdirmək, uyğunsuzluqları aşkar və həll etmək, sorğulara əsasən sistemdə edilmiş dəyişiklikləri sınaqdan keçirmək;
  • Əmək haqqının hesablanması prosesi və prosedurlarını yaratmaq, onlara nəzarət etmək, yeniləmək, təkmilləşdirmək; Əmək haqqı ilə bağlı daxili komminikasiya mesajlarını hazırlamaq və göndərmək.

Tələblər

  • Ali təhsil (İnsan Resursları, Biznesin İdarəedilməsi və ya digər uyğun sahələr üzrə);
  • İR sahəsində ən azı 5 il iş təcrübəsi, o cümlədən ən azı 2 il rəhbər vəzifədə təcrübə;
  • Əmək qanunvericiliyi, kadr uçotu və sosial sığorta ilə bağlı normativ sənədlər üzrə ətraflı biliklər;
  • Əməkhaqqı sistemləri ilə işləmə və bu prosesə nəzarət bacarığı;
  • İşçi sənədləşməsi (əmr, müqavilə, əlavə razılaşma, və s.) sahəsində təcrübə;
  • İşçi münasibətləri və münaqişələrin idarəolunması üzrə praktiki təcrübə;
  • HRIS proqram təminatları ilə işləmək bacarığı (SAP üzrə biliklər üstünlükdür);
  • Azərbaycan dilində səlis, İngilis dili biliyi (yaxşı səviyyədə) – üstünlükdür.

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily29
  • Weekly620
  • Monthly1768