PASHA Property PASHA Property
  • 552

PASHA Property

Əmlakın idarəedilməsi

İstismar xidmətləri üzrə böyük texnik (elektrik)

İstismar xidmətləri üzrə böyük texnik (elektrik)

  • Deadline 1 Avqust 2025

Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.

Vəzifə öhdəlikləri

  • Təyin edilmiş bütün elektrik işlərini mövcud standartlara uyğun olaraq yerinə yetirmək;
  • Elektrik paylayıcı qurğuları, paylayıcı şəbəkələr və sistemləri yoxlamaq, təmizləmək, texniki baxışdan keçirmək və təmir etmək;
  • İşıqlandırıcı cihazları, projektorları, neon işarələrini və qəza işıqlandırma vasitələrini yoxlamaq, dəyişdirmək, təmizləmək, texniki baxışdan keçirmək və təmir etmək;
  • Fövqəladə və qəza hallarında istifadə edilən elektrik enerjisi və kəsintisiz enerji təminatı sistemlərinə texniki baxış keçirmək;
  • Elektrik motorları və nəzarət panellərinə texniki xidmət göstərmək;
  • Elektrik avadanlıqlarının üzərində profilaktik işlər aparmaq;
  • İş yerində bütün SƏTƏMM norma və qaydalarına riayət etmək və iş təhlükəsizliyi qaydalarını izləmək;

Tələblər

  • Elektrik sahəsində ali və ya orta texniki təhsil;
  • Elektrik avadanlıqları, paylayıcı sistemlər və elektrik mühərriklərinin quraşdırılması, texniki baxışı və təmiri üzrə ən azı 3-5 il iş təcrübəsi;
  • Elektrik çertyojları və sxemlərini oxumaq bacarığı;
  • SƏTƏMM norma və qaydaları haqqında biliklər;
  • Elektrik sistemlərində yaranan nasazlıqların diaqnostikası və operativ həll etmək bacarığı;
  • Komandada işləmək və effektiv ünsiyyət bacarıqları;
  • Məsuliyyətli, diqqətli və dəqiq olmaq.

Vakansiya haqqında

  • Vakansiya növü Tam ştat

Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.

  • Daily0
  • Weekly660
  • Monthly540