Təsvir
- Xidmət tələbləblərini və sorğuları qəbul etmək, qeydə almaq, prioritetləşdirmək və texniki heyətə yönləndirmək, kirayəçilərin və əməliyyatların sorğularının vaxtında həllini təmin etmək;
- İş yükü, təxirəsalınmazlıq və mütəxəssislik səviyyəsinə əsasən texniki işləri müvafiq heyətə və ya podratçılara təhkim etmək;
- Kirayəçilər, obyektin idarə heyəti və texniki xidmət qrupu arasında əsas əlaqələndirici olmaq, xidmət tələbləri və texniki işlərin cədvəli haqqında məlumat vermək;
- Texniki xidmət fəaliyyətlərini, iş sifarişlərini və avadanlıq servis tarixçəsini dəqiq qeydiyyata almaq (CMMS və ya digər sistemlər vasitəsilə);
- Texniki xidmət üçün tələb olunan alət, ehtiyat hissələri və materialları izləmək, ehtiyatların vaxtında yenilənməsi üçün satınalma şöbəsi ilə əməkdaşlıq etmək;
- Texniki xidmət işlərinin təhlükəsizlik qaydalarına, şirkət siyasətinə və ümumi standartlarına uyğunluğunu təmin etmək.
- Elektrik kəsintisi, santexnika nasazlığı və yanğın siqnal sisteminin işə düşməsi kimi fövqəladə hallarda operativ tədbirlər görmək;
- Texniki xidmət üzrə işlərin icra göstəriciləri və tamamlanmış iş sifarişləri barədə hesabatlar hazırlamaq;
- Texniki xidmət prosedurlarının və iş proseslərinin daha səmərəli və qənaətcil olması üçün təkliflər vermək;
- Texniki sistemlərin və obyektin ümumi vəziyyətinin mütəmadi yoxlanmasını həyata keçirmək, aşkar edilən nasazlıqları dərhal həll etmək üçün tədbirlər görmək;
- BMS üzərindən mühəndis sistemlərini izləmək və lazımi hallarda texniki qrupa yönləndirmək;
- Gecə növbəsi, həftəsonları və bayram günlərində fövqəladə hallarda təmizlik komandasını yönləndirmək, obyektin təmizlik və gigiyena standartlarını qorumaq;
Tələblər
- Ali təhsil;
- Səlis Azərbaycan dili biliyi, ingilis dili yaxşı səviyyədə;
- Komandada işləmə bacarığı;
- Yüksək ünsiyyətqurma bacarığı;
- ERP sistemi ilə işləmə bacarığı;
- Office proqramları ilə işləmə bacarığı;
- Böyük biznes mərkəzlərində iş təcrübəsi üstünlükdür.
Vakansiya haqqında
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et butonunda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.