Təsvir
Layihə İnteqrasiyası və Strateji Qərarvermə
- Layihənin bütün funksional istiqamətlərinin (dizayn, tikinti, satınalma və s.) inteqrasiyasına rəhbərlik etmək, bütün mərhələlərin fasiləsiz və koordinasiyalı icrasını təmin etmək.
- İcraçı rəhbərliklə birlikdə yüksək səviyyəli strateji qərarvermə proseslərində iştirak etmək, əsaslandırılmış rəy və tövsiyələr təqdim etmək.
- Layihənin bütün aspektlərinin təşkilati məqsədlər və vaxt qrafikləri ilə uyğunluğunu təmin etmək üçün müxtəlif departamentlərlə koordinasiya aparmaq.
Müştəri və Maraqlı Tərəflərin İdarə Edilməsi
- İnvestorlara, icraçı rəhbərliyə və digər C-level rəhbərlərə strateji təqdimatlar və hesabatlar hazırlamaq və təqdim etmək, layihə gözləntilərinin düzgün idarə olunmasını təmin etmək.
- Müştəri ilə layihə komandaları arasında əsas əlaqələndirici şəxs kimi çıxış etmək, müştəri gözləntilərinə nəzarət etmək və satışdan sonrakı xidmətlər və təhvil-təslim proseslərinin problemsiz həyata keçirilməsini təmin etmək.
- Layihənin bütün həyat dövrü ərzində müştəri rəylərini, narahatlıqlarını və gözləntilərini peşəkar və proaktiv şəkildə idarə etmək.
Qüsurların (Snagging) və Defektlərin İdarə Edilməsi
- Snagging prosesinə rəhbərlik etmək (yoxlamalar, hesabatların hazırlanması, izləmə və bağlanma), bütün qüsurların yüksək – lüks keyfiyyət standartlarına uyğun aradan qaldırılmasını təmin etmək.
- Podratçılar, məsləhətçilər və təchizatçılarla koordinasiya edərək qüsurların vaxtında aradan qaldırılmasını və təhvilədək tam bağlanmasını təmin etmək.
- Tamamlanmış işlərin dizayn və keyfiyyət komandaları tərəfindən müəyyən edilmiş ən yüksək standartlara uyğunluğunu təmin etmək.
Keyfiyyətə Nəzarət və Uyğunluq
- Layihənin bütün komponentlərinin dizayn spesifikasiyalarına, normativ-hüquqi tələblərə və şirkət standartlarına uyğunluğuna nəzarət etmək.
- Bitirmə işləri, MEP sistemləri, avadanlıqlar və qurğuların layihənin lüks tələblərinə uyğunluğunu təmin etmək.
- Müştəri gözləntilərini aşan, premium səviyyədə – hotel standartlarına uyğun təhvil-təslim təcrübəsi təqdim etmək.
Sənədləşmə və Hesabatlılıq
- Zəmanətlər, istismar təlimatları (O&M manuals), as-built çertyojlar və tamamlanma sertifikatları daxil olmaqla bütün zəruri layihə sənədlərini hazırlamaq və idarə etmək.
- Dəqiq snagging jurnalları və təhvil izləmə cədvəllərini aparmaq.
- Büdcə, vaxt, keyfiyyət, əməyin mühafizəsi və təhlükəsizlik, eləcə də ümumi layihə statusu üzrə həftəlik və aylıq hesabatları ali rəhbərliyə təqdim etmək.
Koordinasiya və Bağlanış
- Layihə tamamlandıqdan sonra problemsiz təhvil və keçid prosesini təmin etmək üçün daxili və xarici komandalarla (dizayn, tikinti, FM və s.) koordinasiya aparmaq.
- Defekt Məsuliyyəti Dövrü (DLP) proseslərinin effektiv idarə olunmasını təmin etmək.
- PMC-lər (Layihə İdarəetmə Şirkətləri), podratçılar, məsləhətçilər və digər maraqlı tərəflərlə irəliləyiş iclaslarına rəhbərlik etmək və bütün mərhələlərin vaxtında yerinə yetirilməsini təmin etmək.
Tələblər
Tələb Olunan Təhsil və Təcrübə
- İnşaat Mühəndisliyi, Tikinti Menecmenti, Memarlıq və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi.
- Qonaqpərvərlik və yaşayış layihələrində Layihənin İcra Meneceri kimi minimum 10 il iş təcrübəsi.
- Mürəkkəb, çoxşaxəli layihələrin idarə olunması və daxili/xarici maraqlı tərəflərlə effektiv əməkdaşlıq üzrə sübut olunmuş təcrübə.
- Snagging, satışdan sonrakı idarəetmə və lüks tikinti standartları üzrə yüksək səviyyədə bilik və təcrübə.
- Layihə idarəetmə proqram təminatları (məsələn, MS Project, Aconex və s.) üzrə geniş təcrübə.
- Güclü qərarvermə və risk idarəetmə bacarıqları, nəticəyönümlü və proaktiv yanaşma.
Tələb Olunan Bilik və Bacarıqlar
- Strateji Düşüncə: Planlaşdırmadan təhvilədək bütün mərhələləri əhatə edərək yüksək səviyyəli strateji qərarlar qəbul etmək bacarığı.
- Liderlik və Koordinasiya: Dizayn, tikinti, satınalma və digər maraqlı tərəfləri əhatə edən komandaları uğurla idarə etmək bacarığı.
- Müştəriyönümlülük: Yüksək gözləntiləri idarə etmək və xüsusilə təhvil mərhələsində müstəsna müştəri təcrübəsi təqdim etmək bacarığı.
- Problemlərin Həlli: Layihənin mürəkkəbliklərini və risklərini idarə etmək üçün güclü analitik və qərarvermə bacarıqları.
- Layihə İdarəetmə Bacarıqları: Layihə irəliləyişini, xərcləri və vaxt qrafiklərini izləmək və hesabat vermək üçün idarəetmə alətlərindən effektiv istifadə bacarığı.
Əsas Kompetensiyalar
- Detallara yüksək diqqət və keyfiyyətli nəticələrin əldə olunmasına sadiqlik.
- Əla təşkilatçılıq, vaxtın idarə olunması və çoxşaxəli işləri paralel aparmaq bacarığı.
- Təzyiq altında işləmək və sıx vaxt qrafiklərinə riayət etmək bacarığı.
- Dinamik mühitdə problemlərin həlli və operativ qərarvermə qabiliyyəti.
- Müxtəlif maraqlı tərəflərlə effektiv ünsiyyət qurmaq üçün güclü interpersonal bacarıqlar.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.