Təsvir
- Mexaniki quraşdırma işlərinə sahədə gündəlik nəzarət və idarəetmənin həyata keçirilməsi
- İş planlarına uyğun olaraq mexaniki işçilər və texniklər arasında tapşırıqların bölüşdürülməsi
- HVAC, santexnika, drenaj və yanğınsöndürmə sistemlərinin düzgün quraşdırılmasının təmin edilməsi
- Gündəlik fəaliyyətlərin Mexanika Mühəndisləri və digər sahə komandaları ilə əlaqələndirilməsi
- İşlərin keyfiyyətinə nəzarət edilməsi və təsdiq edilmiş çertyojlara və spesifikasiyalara uyğunluğun təmin olunması
- Bütün işlərin ƏMƏK TƏHLÜKƏSİZLİYİ (HSE) qaydalarına və təhlükəsiz iş prosedurlarına uyğun icra edilməsinin təmin edilməsi
- Mexaniki komandalar tərəfindən alətlərin, avadanlıqların və materialların düzgün istifadəsinə nəzarət edilməsi
- Sahədə yaranan problemlərin, gecikmələrin və uyğunsuzluqların müəyyən edilməsi və Mexanika Mühəndisinə məruzə edilməsi
- Yoxlamalar, sınaqlar, istismara vermə və qüsurların aradan qaldırılması (snagging) proseslərində dəstək göstərilməsi
- Mexaniki iş sahələrində təmizliyin və nizam-intizamın qorunmasının təmin edilməsi
- Tələb olunduqda gündəlik işçi qüvvəsinin və işlərin gedişatının qeydiyyatının aparılması
Tələblər
- Dil və kompüter proqramları üzrə biliklər (Microsoft Office):
- Azərbaycan dili – səlis
- Təhsil: Mexaniki işlər üzrə texniki və ya peşə təhsili (HVAC, santexnika və ya əlaqəli sahə) üstünlükdür
Xüsusi bilik və bacarıqlar:
- Mexaniki quraşdırma işlərinə nəzarət
- HVAC, santexnika və yanğınsöndürmə sistemləri üzrə praktik biliklər
İş təcrübəsi:
- Mexaniki işlər üzrə minimum 5–10 il iş təcrübəsi
- Nəzarətçi (supervayzer) vəzifəsində ən azı 2 il təcrübə
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.