PASHA Technology PASHA Technology
  • 335

PASHA Technology

IT

Məhsul arxitektoru / Product Architect

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Məhsul arxitektoru / Product Architect

  • Deadline 30 Noyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Hal-hazırda “PAŞA Technology” MMC  “Məhsul arxitektoru” vəzifəsi üzrə vakansiya elan edir.

Əsas öhdəliklər:

  • Bu rol texniki vizyonu arxitektura starteqiyası ilə birləşdirir və Məhsul, Mühəndislik, İnfrastruktur və Təhlükəsizlik komandaları arasında əməkdaşlığı təmin edir; 
  • Məhsul Arxitektoru sistem arxitekturasını müəyyən edir və təkmilləşdirir, məhsulların təhlükəsiz, monitorinq oluna bilən və performans baxımından səmərəli olmasını təmin edir;
  • Şirkətin texnologiya və məhsul strategiyasına uyğun olaraq məhsulun arxitektura konsepsiyasını və yol xəritəsini müəyyənləşdirmək və dəstəkləmək;
  • Yeni xidmətlər və komponentlərin hazırlanması prosesində, o cümlədən API-müqavilələri, məlumat modelləri və sistemlərarası inteqrasiyalar üzrə həllin hazırlanmasında iştirak etmək;
  • Mövcud sistemləri qiymətləndirərək miqyaslana bilmə, performans və nasazlıqlara davamlılıq baxımından arxitektura səviyyəsində təkmilləşdirmələr təklif etmək;
  • Məhsulu arxitektura baxış iclaslarında təmsil etmək, dizayn qərarlarını müdafiə etmək və texnologiya seçimlərini əsaslandırmaq;
  • Bütün həllərin şirkət standartlarına uyğun olaraq təhlükəsizlik, müşahidə qabiliyyəti və infrastruktur üzrə ən yaxşı təcrübələrə riayət etməsini təmin etmək;
  • Texniki mükəmməlliyi və layihə keyfiyyətini təmin etmək üçün İnfrastruktur, Təhlükəsizlik, DevOps və Mühəndislik komandaları ilə əməkdaşlıq etmək;
  • Biznesin tələblərini arxitektura və inteqrasiya planlarına çevirmək;
  • Planlaşdırma və araşdırma mərhələlərində texniki riskləri, asılılıqları və icra xərclərini qiymətləndirmək;
  • Texniki yol xəritəsinə töhfə vermək və platformanın uzunmüddətli inkişaf istiqamətlərini müəyyənləşdirmək;

Tələb olunan bilik və bacarıqlar:

Təhsil:

  • Mühəndis-texniki, informatika, informasiya texnologiyaları və ya əlaqəli sahə üzrə bakalavr və ya magistr dərəcəsi.
  • Aşağıdakı rollardan birində və ya bir neçəsində 5 ildən artıq təcrübə: 
  • Məhsul Arxitektoru və ya Həll Arxitektoru.
  • Texniki Məhsul Meneceri, Platforma Məhsulu Meneceri və ya İT İnfrastrukturu ilə əlaqəli Mühitlər.
  • Platforma xidmətləri və bulud infrastrukturu (hesablama, yaddaş, şəbəkə, müşahidə olunma) üzrə sübut edilmiş təcrübə.
  • IaaS / PaaS mühitləri üzrə təcrübə arzuolunandır.

Sertifikatlar (üstünlük verilir):

  • AWS Sertifikatlı Həll Arxitektoru,
  • Azure Həll Arxitektorluğu üzrə Ekspert
  • və ya ekvivalent bulud arxitektorluğu etimadnamələri.

Tələb olunan bilik, bacarıqlar və təcrübə:

  • Hesablama, şəbəkə, yaddaş, IAM və monitorinq də daxil olmaqla, bulud infrastrukturu (AWS /Azure/ GCP) üzrə dərin anlayışlara sahib olmaq;
  • CI/CD kanalları, konteynerləşdirmə (Docker, Kubernetes) və konfiqurasiya idarəetməsi ilə tanışlıq; 
  • Sistem performansı, miqyaslana bilmə, keşləmə və dayanıqlılıq nümunələri üzrə güclü biliklər;
  • Təhlükəsizlik prinsipləri (identifikasiya, şifrələmə, məlumatların qorunması) barədə dərin anlayışlara sahib olmaq;
  • Sistem arxitekturası sxemlərini, ardıcıllıq diaqramlarını və məlumat axını sənədlərini yaratmaq və təhlil etmək bacarığı;
  • Texniki məhdudiyyətləri mənalı biznes kompromislərinə çevirmək bacarığı;
  • Dəyər, risk və mürəkkəblik əsasında arxitektura tapşırıqlarının prioritetləşdirilməsi bacarığı;
  • Məhsulun yaranmasından istifadəyə qədərki mərhələlərini və onun texniki inkişafını idarə etməyi anlamaq bacarığı;
  • Texniki və dizayn sənədləri, həmçinin API spesifikasiyalarının hazırlanmasında təcrübəli olmaq; 
  • Sistem düşüncəsinə malik olmaq və həllərin davamlılığını, saxlanılabilirliyini təmin etməyə yönəlmək;
  • Texniki və qeyri-texniki tərəfdaşlarla inamlı və aydın ünsiyyət qurmaq bacarığı;
  • Texniki qərarları arqumentlərlə əsaslandıraraq müdafiə etmək bacarığı;
  • Azərbaycan və İnglis dili (Vacib): Azərbaycan və İngilis dillərini mükəmməl bilmək bu vəzifə üçün vacib tələblərdəndir. Namizəd həm yazılı, həm də şifahi şəkildə effektiv ünsiyyət qurma bacarığına malik olmalıdır, çünki komanda ilə əməkdaşlıq, sənədləşmə və müştərilərlə qarşılıqlı əlaqə əsasən bu dillərdə aparılır.

Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt  ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün  vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanacaq.

We are currently looking for a “Product Architect” to join our team.

Main responsibilities:

  • This role combines technical vision with architectural leadership, driving cross-functional alignment between Product, Engineering, Infrastructure, and Security teams; 
  • The Product Architect defines and evolves system architecture, ensuring that products are secure, observable, and optimized for performance and maintainability;
  • Define and maintain the architectural vision and roadmap of the product in alignment with the company’s technology and product strategy;
  • Participate in solution design for new services and components, including API contracts, data models, and system interactions;
  • Evaluate existing systems and propose architecture improvements for scalability, performance, and fault tolerance;
  • Represent the product in architecture review sessions, defend design decisions, and justify technology choices;
  • Ensure all solutions comply with corporate standards for security, observability, and infrastructure best practices;
  • Partner with Infrastructure, Security, DevOps, and Engineering teams to ensure technical excellence and delivery quality;
  • Translate business requirements into architecture blueprints and integration flows;
  • Evaluate technical risks, dependencies, and implementation costs during planning and discovery phases;
  • Contribute to the technical roadmap and define long-term evolution paths for the platform;

Qualifications and skills required

Education:

  • Bachelor’s or master’s degree in computer science, Information Technology, or Engineering.
  • 5+ years of experience in one or more of the following roles: 
  • Product Architect or Solution Architect.
  • Technical Product Manager or Platform Product Manager or IT Infrastructure related environments.
  • Proven experience with platform services, and cloud infrastructure (compute, storage, networking, observability).
  • Background in IaaS / PaaS environments is highly desirable.

Preferred Certifications:

  • AWS Certified Solutions Architect,
  • Azure Solutions Architect Expert,
  • or equivalent cloud architecture credentials.

Required knowledge, skills, and experience:

  • Solid understanding of cloud infrastructure (AWS / Azure / GCP) including compute, networking, storage, IAM, and monitoring.
  • Familiarity with CI/CD pipelines, containerization (Docker, Kubernetes), and configuration management.
  • Strong grasp of system performance, scalability, catching, and resilience patterns.
  • Solid understanding of security principles (authentication, encryption, data protection).
  • Ability to create and interpret architecture diagrams, sequence diagrams, and data flow documentation.
  • Product
  • Ability to translate technical constraints into meaningful business trade-offs.
  • Skill in prioritizing architectural work based on value, risk, and complexity.
  • Understanding of the product lifecycle and how to manage its technical evolution.
  • Experience writing technical briefs, design documents, and API specifications.
  • Personal
  • Systems thinking and focus on sustainability and maintainability.
  • Confident communication with both technical and non-technical stakeholders.
  • Ability to defend technical choices with reasoning, not authority.
  • Proficiency in English an Azerbaijani (written and spoken) for clear cross-team communication.

Candidates wishing to apply can send their CV to the e-mail address in the Apply for job button, specifying the job title in the “Subject” field. Only candidates who meet the requirements of the vacancy will be contacted for the next stage of the recruitment process.

  • Daily36
  • Weekly36
  • Monthly1682