PASHA Technology PASHA Technology
  • 840

PASHA Technology

IT

Müştərilərlə iş üzrə menecer (analıq məzuniyyəti müddətinə müvəqqəti əvəzləmə)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Müştərilərlə iş üzrə menecer (analıq məzuniyyəti müddətinə müvəqqəti əvəzləmə)

  • Deadline 12 March 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas öhdəliklər:

  • Əmək müqaviləsi işçinin analıq məzuniyyəti müddətində onun vəzifəsinin müvəqqəti icrası üçün bağlanacaqdır
  • Müştərilərin bulud xidmtlərindən istifadə zamanı məmnuniyyətlərini təmin etmək üçün onların biznes ehtiyaclarını və məqsədlərini öyrənərək, güclü və davamlı əlaqələr qurmaq;
  • Gəlir artımı hədəflərinə töhfə verərək cari müştərilərə bulud xidmətlərinin çarpaz və əlavə satış imkanlarını müəyyənləşdirmək;
  • Müştərinin tələbinə uyğun olaraq  IaaS, SaaS, Collacation xidmətlərini təyin və təmin etmək;
  • Müştərinin texniki suallarını müvafiq istiqamətdə yönləndirmək;
  • Satış səylərini optimallaşdırmaq üçün digər komanda üzvləri və şöbələr ilə əlaqəli çalışmaq;
  • Şirkətin CRM sistemində bütün satış fəaliyyətlərini izləmək və mütəmadi olaraq hesabatları və müvafiq məlumatları yeniləmək;
  • “Billing” və CRM sistemi üçün müvafiq proseslərin avtomatlaşdırmasında istirak etmək;
  • Müştərilərlə iş üzrə müvafiq strateji planları qurmaq və onları həyata keçirmək;
  • Bulud xidmətləri sahəsində olan yenilikləri və tendensiyaları öyrənmək üçün dərin bazar araşdırmaları aparmaq;
  • Davamlı müştəri məmnuniyyətini təmin etmək məqsədi ilə müştərilər və texniki dəstək əməkdaşları arasında əlaqələndirici şəxs rolunu oynamaq;
  • Göstərilən bulud xidmətlər barədə müştərilərin rəylərini tplayaraq müvafiq hesabatlar hazırkamaq və rəhbərliyə təqdim etmək.

Tələb olunan bilik və bacarıqlar:

  • Ali təhsil;
  • İT xidmətləri haqqında anlayışın olması;
  • MS Office proqramları ilə işləmə bacarığı;
  • Datacenter mühitində və Tier standartları barədə biliklər üstünlükdür;
  • Bulud modelləri, Bulud məhsulları və Bulud məlumat təhlükəsizliyi barədə biliklərə sahib olmaq üstünlükdür;
  • Təşəbbüskar olmaq;
  • Təqdimat bacarıqları;
  • Danışıqlar aparmaq və ünsiyyətqurma bacarığı;
  • Vaxtın və stressin effektiv idarə olunması bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
  • Komandada işləmə bacarığı;
  • Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Məntiqi və analitik düşünmə tərzi.

Təcrübə:

  • İT məhsulları və İT xidmətləri satışı üzrə 3-5 il təcrübə;
  • Azərbaycan, Rus və İngilis dilində səlis danışıq.

Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün  vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily12
  • Weekly608
  • Monthly1295