Hal-hazırda “PAŞA Technology” MMC “Proqram təminatı üzrə baş mühəndis (Fullstack)” vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə haqqında
- Proqram təminatı üzrə baş mühəndis (Fullstack) vəzifəsinin əsas məqsədi çoxmüştərili (multi-tenant) SaaS məhsullarını dəstəkləyən məhsul və platforma xidmətlərinin dizaynı, hazırlanması və inkişaf etdirilməsidir. Bu rol çərçivəsində verilənlər bazası strukturlarının qurulmasından başlayaraq API-lərin hazırlanması və istifadəçi interfeysinin inkişafına qədər bütün texniki həllərin hazırlanması və idarə olunması gözlənilir.
- Bu vəzifə yüksək səviyyəli texniki ekspertiza və praktiki iştirak tələb edir. Rol çərçivəsində arxitektura qərarlarının qəbul edilməsi, həmin qərarların tətbiqini təmin edən kodun hazırlanması və “production” mühitinə təqdim olunan sistemlərə görə məsuliyyət daşınması gözlənilir. İş prosesində Claude Code, Cursor və GitHub Copilot kimi müasir AI dəstəkli inkişaf alətlərindən fəal şəkildə istifadə olunur; bununla yanaşı arxitektura, dizayn və texniki qərarvermə vəzifə sahibinin məsuliyyətindədir.
- Vəzifə “backend” və “frontend” istiqamətləri üzrə balanslaşdırılmış şəkildə qurulmuşdur və Postgres sxemləri, HTTP API-lər və React əsaslı istifadəçi interfeyslərinin hazırlanması sahəsində paralel işləmə bacarığı tələb edir.
Əsas öhdəliklər:
- Veb tətbiqləri və backend xidmətləri üzrə fullstack funksionallıqların dizaynı və hazırlanması.
- İstifadəçi autentifikasiyası və giriş hüquqlarının idarə olunması, API inteqrasiya qatlarının (adapterlər və wrapper-lər) inkişaf etdirilməsi, müştəriyönümlü məhsul həllərinin formalaşdırılması, eləcə də API istifadəsi və sistemlərin müşahidəolunmasının (observability) təmin edilməsi kimi texniki istiqamətlərin idarə olunması və təkmilləşdirilməsi.
- Arxitektura və sistem dizaynı müzakirələrinə rəhbərlik edərək, məsul olduğu sahələr üzrə texniki qərarların qəbulunun yönləndirilməsi.
- Çoxmüştərili (multi-tenant) sistemlər üçün məlumat modellərinin və səlahiyyətləndirmə mexanizmlərinin hazırlanması, o cümlədən sətr səviyyəsində təhlükəsizlik (row-level security) və audit izləmə (audit trail) həllərinin qurulması.
- Daxili xidmətlər və xarici inteqrasiyalar üçün RESTful API-lərin hazırlanması və dəstəklənməsi.
- Performans və etibarlılığın optimallaşdırılması — frontend tərəfdə Core Web Vitals, backend tərəfdə isə API gecikmələrinin azaldılması və verilənlər bazası sorğularının performansın etməsi.
- Orta və kiçik səviyyəli mühəndislərə mentorluq etmək, kod, dizayn və təhlükəsizlik baxışları vasitəsilə mühəndislik standartlarının yüksəltməsi.
- CI/CD proseslərinə, konteynerlərin qurulmasına (container builds) və yerləşdirmə proseslərinə (deployment workflow) töhfə verilməsi.
- Yüksək keyfiyyətli və production səviyyəli proqram təminatının hazırlanması üçün mühəndislər, SRE mütəxəssisləri, dizaynerlər və məhsul menecerləri ilə sıx əməkdaşlıq etmək.
Tələb olunan bilik və bacarıqlar:
Təhsil:
- Kompüter elmləri, proqram mühəndisliyi və ya əlaqəli sahədə bakalavr dərəcəsi (və ya ekvivalent iş təcrübəsi)
- Proqram təminatının hazırlanması və texniki problemlərin aradan qaldırılması sahəsində sübut olunmuş təcrübə.
Tələb olunan bilik , bacarıqlar və təcrübə:
- Production sistemlərinin hazırlanması və idarə olunması üzrə minimum 5 illik peşəkar proqram təminatı mühəndisliyi təcrübəsi, o cümlədən ən azı 2 il senior və ya lead səviyyəsində fəaliyyət;
- Node.js / TypeScript üzrə güclü bilik və Python ilə production səviyyəsində praktiki iş təcrübəsi (və ya əksinə). Hər iki texnologiya ilə production kodu yazmaq bacarığı;
- FastAPI (Python), Express, NestJS və ya oxşar backend framework-ləri ilə iş təcrübəsi;
- React və Next.js (App Router) ilə TypeScript əsaslı frontend inkişafı üzrə güclü təcrübə, o cümlədən:
- Next.js rendering yanaşmalarının və server/client component sərhədinin dərindən anlaşılması;
- Tailwind CSS və ya oxşar utility-first CSS yanaşmaları ilə stilizasiya;
- State management həlləri (Context API, Redux, Zustand və s.);
- Formlar, validasiya və accessibility prinsipləri;
- Müasir build alətləri (Vite, Turbopack və ya Next.js native build sistemi);
- REST API dizaynı və inteqrasiya yanaşmaları üzrə güclü bilik;
- PostgreSQL üzrə inkişaf etmiş təcrübə, o cümlədən schema dizaynı və multi-tenant tətbiqlər üçün row-level security həlləri;
- Multi-tenant SaaS sistemlərinin hazırlanması üzrə praktiki təcrübə, o cümlədən RBAC, audit logging və tenant isolation;
- Mikroservis memarlığı, OOP və geniş istifadə olunan dizayn pattern-ləri üzrə möhkəm bilik;
- Müasir test framework-ləri ilə iş təcrübəsi (Vitest / Jest, Playwright və ya Cypress, pytest);
- Observability və monitorinq alətləri üzrə iş biliyi (Datadog, Sentry, OpenTelemetry, Grafana və s.);
- Claude Code, Cursor, GitHub Copilot və ya oxşar AI dəstəkli mühəndislik alətlərindən gündəlik iş prosesində istifadə təcrübəsi və bu alətlərin hansı hallarda faydalı olduğu, hansı hallarda isə insan qərarının vacib olduğu barədə aydın baxış;
- Test edilə bilən, miqyaslana bilən və oxunaqlı kod yazmaq öhdəliyi.
Üstünlük verilən bacarıqlar
- Docker, GitLab CI (və ya oxşar CI/CD həlləri) və Kubernetes ilə iş təcrübəsi;
- Böyük bulud platformaları ilə təcrübə (GCP, AWS, Azure və s.);
- Infrastructure as Code həlləri ilə təcrübə (Terraform, CDK və s.);
- Supabase və ya oxşar idarə olunan Postgres platformaları ilə iş təcrübəsi;
- Caching həlləri ilə iş təcrübəsi (Redis, Memcached);
- Real-time funksionallıqların hazırlanması üzrə təcrübə (websocket-lər, change-data stream-lər, push notification-lar);
- Müvafiq texnoloji ekosistemlərdə open-source töhfələri.
Fərdi bacarıqlar\ Davranışlar:
- Kommunikasiya bacarığı — mühəndislərə, məhsul menecerlərinə və texniki biliyi olmayan maraqlı tərəflərə texniki seçimlərin üstünlüklərini və məhdudiyyətlərini aydın şəkildə izah etmək bacarığı;
- Problemlərin həlli bacarığı — qeyri-müəyyən tələbləri konkret texniki spesifikasiyalara çevirmək bacarığı;
- Adaptivlik — “davamlı öyrənmə” yanaşması və AI alətləri ilə veb ekosistemində sürətli dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Məsuliyyətlilik — “you build it, you run it” prinsipinə uyğun olaraq production mühitinə təqdim olunan həllərə tam sahib çıxmaq.
Dil bilikləri:
- Azərbaycan dili - Ana dili
- İngilis dili - Yaxşı
- Rus dili – arzuolunandı (ünsiyyət qurmaq bacarığına üstünlük verilir)
Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanacaq.