PASHA Technology PASHA Technology
  • 563

PASHA Technology

IT

Proqram təminatının mühəndisliyi və bulud tətbiqləri şöbəsinin rəhbəri

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Proqram təminatının mühəndisliyi və bulud tətbiqləri şöbəsinin rəhbəri

  • Истекает 20 январь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

“PAŞA Technology” Məhdud Məsuliyyətli Cəmiyyət (“PAŞA Technology” və ya “PAŞA Technology” MMC) İT xidmətlər provayderi olaraq 2018-ci ildə yaradılıb.

"PAŞA Technology"-nin məqsədi "PAŞA Holding” MMC-nin törəmə şirkətləri üçün və Azərbaycan bazarında İT xidmətləri, "Cloud Computing", kiber təhlükəsizlik əməliyyatları və məlumatların emalı mərkəzinin idarə edilməsi xidmətlərini təmin etməkdir.

Hal-hazırda “PAŞA Technology” MMC  “Proqram təminatının mühəndisliyi və bulud tətbiqləri şöbəsinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.

Əsas öhdəliklər:

  • Açıq mənbəli və lisenziyalı texnologiyalardan istifadə edərək geniş miqyaslı, təhlükəsiz və səmərəli bulud həlləri üçün proqram təminatını dizayn etmək, hazırlamaq və inkişaf etdirmək;
  • Virtualizasiya, məlumat saxlama və konteynerizasiya sistemlərinin arxitekturası üçün proqram təminatı üzrə ən qabaqcıl təcrübələri müəyyənləşdirib tətbiq etmək;
  • Şirkətin tələblərinə əsasən ən uyğun bulud həlləri üçün proqram təminatını (AWS, GCP, Azure, OpenStack və s.) qiymətləndirib tövsiyə etmək;
  • Bulud orkestrasiya alətləri, bulud əsaslı tətbiqlər və xidmətlərin dizaynı, qurulması və yerləşdirilməsi üzrə inkişaf komandasına rəhbərlik etmək;
  • İnkişaf komandasına mentorluq edərək proqram təminatının inkişafı və bulud arxitekturası sahəsində yeni standartlara və qabaqcıl təcrübələrə riayət olunmasını təmin etmək;
  • Layihənin uğurla həyata keçirilməsini təmin etmək üçün DevOps, İT və məhsul idarəetmə üzrə çarpaz funksional komandalarla əməkdaşlıq etmək;
  • Bulud infrastrukturu və əməliyyatlarının avtomatlaşdırılması məqsədilə proqram təminatı sistemlərin, alətlərin və skriptlərin dizayn və inkişafını təmin etmək;
  • Bulud resurslarını optimallaşdırmaq üçün kompleks API-lər, mürəkkəb skriptlər yazmaq və API-lərdən (AWS, GCP, Azure, OpenStack və s.) istifadə etmək;
  • Golang və ya Python proqramlaşdırma dillərindən istifadə edərək proqram təminatının inkişaf təşəbbüslərinə töhfə vermək;
  • Hibrid və çoxbuludlu mühitləri dəstəkləmək üçün hazırlanan bulud proqram təminatı sistemlərini mövcud infrastruktura inteqrasiya etmək;
  • Xüsusi hazırlanmış proqram təminatları oVirt, RHEV və Proxmox kimi virtualizasiya sistemləri ilə inteqrasiya edərək optimal performans və etibarlılığı təmin etmək;
  • Kubernetes, Docker, Podman və LXC kimi açıq mənbəli konteynerizasiya platformalarının inkişafına, tətbiqinə və fərdiləşdirilməsinə töhfə vermək;
  • Açıq mənbəli proqram əsasında qurulmuş məlumat saxlama sistemlərini tətbiq etmək, idarə etmək və optimallaşdırmaq üçün proqram təminatı və avtomatlaşdırma alətləri hazırlamaq;
  • İnkişaf edilən program təminatında KVM və libvirt kimi virtualizasiya texnologiyalarından səmərəli istifadəsini təmin etmək;
  • Proqram  arxitekturası (Software architecture) diaqramları, yerləşdirmə təlimatları və nasazlıq aradan qaldırma təlimatlarını da əhatə edən ətraflı texniki sənədlər yaratmaq;
  • Hazırlanmış bulud proqram təminatı ilə bağlı problemlərin həllinə rəhbərlik etmək və üçüncü səviyyə texniki dəstək göstərmək.

Təhsil:

  • Mühəndis-texniki, informatika, informasiya texnologiyaları və ya əlaqəli sahə üzrə bakalavr və ya magistr dərəcəsi.

Tələb olunan bilik , bacarıqlar və təcrübə:

Vacibdir:

  • Açıq mənbəli virtualizasiya sistemləri (məsələn, oVirt, RHEV, Proxmox) ilə proqramlaşdırma istiqamətində geniş təcrübəsi;
  • Açıq mənbəli bulud platformaları (məsələn, OpenStack, CloudStack) ilə praktiki proqramlaşdırma təcrübəsinə malik olmaq; 
  • Libvirt, KVM və əsas bulud platformalarının (AWS, GCP, Azure) API-lərindən istifadə edərək güclü proqram təminatı inkişafı bacarıqlarına malik olmaq;
  • Golang və ya Python proqramlaşdırma dillərində peşəkar bacarıq;
  • Mürəkkəb avtomatlaşdırma skriptləri və ssenariləri yazmaq və inkişaf etdirmək təcrübəsi;
  • Açıq mənbəli konteyner sistemlərində (məsələn, Docker, Podman, LXC) ekspert səviyyəsində biliklərə malik olmaq;
  • Açıq mənbəli proqramla təyin olunan məlumat saxlama sistemləri üzrə güclü bilik və anlayış.

Arzuolunandır:

  • Hibrid bulud arxitekturası və çoxşaxəli bulud (multi-cloud) strategiyaları üzrə təcrübə;
  • Bulud təhlükəsizliyi üzrə ən yaxşı təcrübələr və uyğunluq standartları haqqında bilik;
  • Proqram təminatının inkişafı sahəsində beynəlxalq şirkətlərdə iş təcrübəsi;
  • Açıq mənbəli platformaları (məsələn, OpenStack) və ya proqramla təyin olunan məlumat saxlama sistemləri üzrə sertifikat;
  • Red Hat, AWS, GCP kimi sertifikatların olmasına üstünlük verilir;
  • Kubernetes və ya Ansible kimi orkestrasiya alətləri ilə təcrübə;
  • Əlavə proqramlaşdırma dilləri üzrə bilik (məsələn, Bash).
  • Azərbaycan, Rus və İngilis dilində səlis danışıq.

Son müraciət tarixi: 21 yanvar 2025-ci il.

Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni qeyd edilmiş elektron poçt ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün  vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanacaq

  • Daily2
  • Weekly529
  • Monthly1665