PASHA Technology PASHA Technology
  • 705

PASHA Technology

IT

Satınalmalar departamentinin rəhbəri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satınalmalar departamentinin rəhbəri

  • Deadline 10 June 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

 Əsas öhdəliklər:

  • Şəffaflığı, səmərəliliyi və uyğunluğu təmin edən satınalma siyasəti və prosedurlarının hazırlanması və davamlı olaraq təkmilləşdirilməsi (məsələn, CIPS standartları əsasında).
  • Təsdiq edilmiş büdcə və əməliyyat ehtiyaclarına əsaslanaraq illik satınalma planının hazırlanması və idarə edilməsi.
  • Dəyər baxımından sərfəli, risk baxımından idarəolunan tender proseslərinə rəhbərlik edilməsi.
  • Şirkətin müxtəlif kateqoriyalar üzrə əsas təchizatçı və xidməti tərəfdaşları ilə münasibətlərin qurulması və idarə edilməsi.
  • Müqavilələrin bağlanması, şərtlərin razılaşdırılması və icrasına nəzarət olunması.
  • İT və bulud texnologiyaları sahəsində bazar tendensiyalarının, qiymət dəyişikliklərinin və innovasiyaların izlənilməsi.
  • Gündəlik satınalma ehtiyaclarının – o cümlədən texniki avadanlıq, proqram təminatı, ofis ləvazimatları, kommunal xidmətlər, təlim və tədbirlərin təşkili – vaxtında və effektiv şəkildə təmin olunması.
  • Daxili komandaların satınalma mövzusunda dəstəklənməsi və praktiki həllərin təqdim edilməsi.
  • Strateji üstünlüklər olduqda (məsələn, birgə lisenziyalaşdırma) Qrupla birgə satınalma təşəbbüslərində iştirak edilməsi.
  • Rolu və məsuliyyətləri aydın olan, yüksək performanslı bir satınalma komandasının formalaşdırılması və ona rəhbərlik edilməsi.
  • Xərclərə qənaətin, proseslərin sadələşdirilməsinin və təchizatçı performansının yaxşılaşdırılmasının təmin edilməsi məqsədilə davamlı inkişaf təşəbbüslərinin həyata keçirilməsi.
  • Şirkət siyasətlərinə (məsələn, İnformasiya Təhlükəsizliyi və İnsan Resursları prosedurlarına) tam uyğunluğun təmin olunmasına nəzarət edilməsi.
  • Satınalma fəaliyyəti, əsas göstəricilər (KPI), risklər və qənaət imkanları barədə rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi.
  • Audit və tənzimləyici tələblərə uyğunluğun təmin edilməsi.
  • ERP sistemində (1C) satınalma ilə bağlı funksionallığın səmərəli şəkildə istifadə olunmasının təmin edilməsi.
  • Satınalma modulu üzrə proseslərin optimallaşdırılması, avtomatlaşdırma imkanlarının araşdırılması və tətbiq edilməsi.
  • ERP sistemi vasitəsilə satınalma tələblərinin, sifarişlərin, müqavilələrin və təchizatçı performansının izlənilməsinin asanlaşdırılması.
  • İstifadəçi tələblərinin toplanması, ERP sistemində funksional inkişaf təkliflərinin formalaşdırılması və texniki komandalarla koordinasiya olunması.
  • Satınalma komandasının ERP sistemindən düzgün və effektiv istifadə etməsinin təmin edilməsi üçün təlim və dəstəyin göstərilməsi.
  • Proseslərin rəqəmsallaşdırılması və izlənəbilənliyin artırılması məqsədilə yeni həllər üzrə təşəbbüskarlıq göstərilməsi.

Tələb olunan bilik və bacarıqlar:

Təhsil:

  • Biznes, Təchizat Zənciri, İT, Mühəndislik və ya əlaqəli istiqamətlər üzrə bakalavr dərəcəsi (magistr dərəcəsinə üstünlük verilir).

Tələb olunan bilik , bacarıqlar və təcrübə:

  • Satınalma sahəsində, o cümlədən həm İT, həm də ümumi satınalma üzrə minimum 7–10 illik iş təcrübəsi.
  • Satınalma prosesləri, təchizatçı idarəçiliyi, müqavilə hüququ və büdcə planlaşdırılması üzrə nəzəri və praktiki biliklər.
  • CIPS və ya oxşar peşəkar sertifikatların mövcudluğu.
  • Mükəmməl strateji təfəkkür, problemi həlletmə və qərar qəbuletmə bacarıqları;
  • Münasibət qurmaq və müxtəlif komandalara təsir etmək bacarığı ilə müstəsna ünsiyyət və şəxsiyyətlərarası bacarıqlar.
  • Azərbaycan və İngilis dillərində sərbəst ünsiyyət qurmaq bacarığı.

Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün  vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanacaq.

  • Daily25
  • Weekly785
  • Monthly1532