PashaPay gənclərə satış və müştəri xidməti sahəsində ilk real iş təcrübəsini qazanmaq imkanı yaradır!
Bu təcrübə proqramı aktiv, ünsiyyətcil və öyrənməyə açıq tələbələr üçün nəzərdə tutulub.
Vəzifə ofis daxilində deyil – sən birbaşa müştərilərlə ünsiyyətdə olacaq, onlara PashaPay məhsulları haqqında məlumat verəcək və satış prosesinə dəstək olacaqsan.
Vəzifə öhdəlikləri:
- Müştərilərlə ünsiyyət qurmaq və PashaPay məhsulları haqqında məlumat vermək;
- Müştərilərin suallarını cavablandırmaq və onları düzgün yönləndirmək;
- Satış prosesinə kömək etmək və komanda ilə birlikdə işləmək;
- Gündəlik fəaliyyətlər barədə hesabat vermək;
- Müsbət və peşəkar davranış nümayiş etdirmək.
Tələblər:
- Aktiv, təşəbbüskar və nəticəyönümlü olmaq;
- Yalnız I növbədə (səhər dərslərində) təhsil alan tələbələr üçün;
- Azərbaycan dilində səlis danışıq, ingilis və rus dili bilikləri – üstünlükdür;
- Komandada işləmə və müştərilərlə münasibət qurma bacarığı;
- Satış və ünsiyyət bacarıqlarını inkişaf etdirmək motivasiyası.
Təklif edirik:
- Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi;
- Sabit aylıq əməkhaqqı və satış nəticələrinə əsaslanan motivasiyaedici bonus sistemi;
- Hər gün 5 saat olmaqla, 6 günlük iş qrafiki (iş saatları günün ikinci yarısında);
- Peşəkar və gənc komanda ilə dinamik mühitdə təcrübə qazanmaq imkanı;
- Satış və müştəri xidmətləri sahəsində bacarıqlarını inkişaf etdirmək fürsəti.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.