2011-ci ildən etibarən lüks seqmentə xitab edərək bir sıra tikinti və hər növ interyer dizayn məhsullarının, xüsusilə hər növ qapıların pərakəndə və topdan satışını həyata keçirən PAY Group MMC-yə mühasib köməkçisi axtarırıq.
Vəzifə üzrə əsas öhdəliklər:
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
- Pul qəbzləri, çeklər və digər maliyyə sənədlərini toplamaq və sistemləşdirmək;
- Gündəlik və aylıq hesabatların hazırlanmasında iştirak etmək;
- Kassadakı pul və sənədlərin tamlığını təmin etmək;
- Bank əməliyyatlarının uçotu və sənədləşməsi;
- Debitor və kreditor borclarının izlənməsi;
- Ay sonu hesabatlarının hazırlanmasında kömək;
- Məhsulun maya dəyərinin hesablanması;
- Alışlar üzrə mədaxillərin proqrama daxil edilməsi;
- İstehsal üçün sifarşlərin icra edilməsi;
- 1C 8.3 versiyasında bütün əməliyyatların sərbəst işlənilməsi;
- Aylıq inventarizasiyanın təşkili və sənədləşməsi;
- Nağd və nağdsız ödəniş əməliyyatlarını düzgün və operativ şəkildə həyata keçirmək;
- Hesab-faktura, qaimə, aktların işlənməsi və sistemə daxil edilməsi.
Vəzifə üzrə əsas tələblər:
- Xanım namizəd
- Ali təhsil (Müvafiq sahə.)
- Müvafiq sahə üzrə minimum 1-3 il təcrübə
- 1C proqramını yaxşı səviyyədə bilmək
- Microsoft Office proqramlarını (Word, Excel, Outlook) yaxşı səviyyədə bilmək
- Azərbaycan dili sərbəst, Rus dili sərbəst
İş şəraiti:
- İş qrafiki: Həftənin 5 günü;
- İstirahət günü: Şənbə və Bazar;
- Nahar şirkət tərəfindən verilir;
- Əmək Haqqı: 1000 AZN
Vakansiyanın adını Mövzu yerində qeyd etməklə, CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz.
Qeyd: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.