Komandamıza Komplayens üzrə peşəkar mütəxəssis axtarırıq.
Şirkət: Payonix bank olmayan kredit təşkilatı
Vakansiya: Komplayens üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
BOKT-un fəaliyyətinin qüvvədə olan qanunvericiliyə və daxili qaydalara uyğunluğuna nəzarət etmək; Komplayens risklərini müəyyən etmək, qiymətləndirmək və onların idarə olunması üzrə tədbirlər hazırlamaq;
Daxili siyasət, prosedur və təlimatların hazırlanmasında və yenilənməsində iştirak etmək; Müştərilərin eyniləşdirilməsi (KYC) və çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması (AML/CFT) tələblərinə əməl olunmasına nəzarət etmək;
MB tərəfindən daxil olan sorğuların cavablandırılması və tələb olunan məlumatların müəyyən edilmiş müddətlərdə təqdim edilməsini koordinasiya etmək;
Daxili monitorinqlər aparmaq, pozuntu halları üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
Əməkdaşlar üçün komplayens və etik davranış qaydaları üzrə maarifləndirici təlimlər keçirmək;
Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək və onların tətbiqi üzrə təkliflər vermək.
Tələblər:
Bank, BOKT və ya maliyyə sektorunda komplayens sahəsində minimum 1-2 il iş təcrübəsi;
AML/CFT, KYC və komplayens üzrə qanunvericilik və normativ tələblər barədə bilik;
Analitik düşüncə, yüksək məsuliyyət və məxfilik prinsiplərinə riayət etmək bacarığı;
MS Office proqramlarında sərbəst işləmək bacarığı;
Azərbaycan dilini mükəmməl, ingilis və rus dillərini bilmək üstünlükdür.
Təklif edirik:
Rəqabət qabiliyyətli əməkhaqqı;
Peşəkar inkişaf və təlim imkanları;
Karyera yüksəlişi perspektivi;
Əmək haqqı: müsahibə əsnasında dəyərləndiriləcək
İş rejimi: 09:00-18:00 ( həftədə 5 gün)
İş yeri: Malibo Residence
Namizədlər CV-lərini vakansiyanın adını qeyd etməklə [email protected] emailinə göndərə bilərlər.