Komandamızı kreativ, dinamik və vizual hekayə anlatmağı sevən Mobiloqraf/Reels Maker (freelans) ilə gücləndiririk!
Şirkət: Payonix BOKT MMC
Vəzifə təlimatları:
Şirkətin sosial media hesabları üçün kreativ video çəkilişlərinin həyata keçirilməsi;
Reels, TikTok, Stories və digər qısa formatlı videoların çəkilişi və montajı;
Çəkilmiş materialların montajı, rəng korreksiyası, səs və musiqi uyğunlaşdırılması;
Kreativ ideyaların, çəkiliş konsepsiyalarının və ssenarilərin hazırlanması;
Sosial media trendlərinin izlənilməsi və şirkətin kommunikasiya strategiyasına uyğun tətbiqi;
Kamera qarşısında sərbəst, enerjili və inamlı çıxış edərək brendi təmsil etmək.
Marketinq komandası ilə birgə kontent planının hazırlanması;
Hazırlanan kontentlərin qeyd edilmiş müddətdə və keyfiyyət standartlarına uyğun təhvil verilməsi.
Tələblər:
Maliyyə, bank, BOKT və ya digər korporativ sektorda təcrübə;
Mobil çəkiliş sahəsində minimum 1 il iş təcrübəsi;
CapCut , və digər montaj proqramlarında yaxşı montaj bacarığı;
Reels, TikTok və digər sosial media formatlarının xüsusiyyətlərini bilmək;
Kreativ düşüncə və vizual zövq;
Operativlik və deadline-lara riayət etmək bacarığı;
Komanda ilə işləmək və yeni ideyalar təklif etmək bacarığı;
Portfolio mütləqdir.
Əmək haqqı: müsahibə əsnasında dəyərləndiriləcək.
İş yeri: Malibo Residence
Namizədlər cv və portfoliolarını vakansiyanın adını mövzu (subject) hissəsində qeyd etməklə emailinə göndərə bilərlər.