Sürətlə böyüyən Payonix komandamıza, rəqəmsal maliyyə və kredit məhsullarımızın inkişafına rəhbərlik edəcək, müştəri ehtiyaclarını biznes məqsədləri ilə uğurla birləşdirə biləcək təşəbbüskar və nəticəyönümlü Product Owner ( axtarırıq.
Vəzifə öhdəlikləri:
App (mobil tətbiq) üzərindən kreditin verilməsi prosesini uçdan-uca dəstəkləmək və prosesin fasiləsiz işləməsini təmin etmək;
Müraciətdən kreditin təsdiqinə və vəsaitin köçürülməsinə qədər olan mərhələləri xəritələşdirmək və çətinlikləri müəyyənləşdirmək;
MKR və digər kredit məlumat mənbələrindən istifadə etməklə müştəriyə uyğun kredit təkliflərinin formalaşdırılmasına dəstək vermək;
Kredit məhsulunun App daxilində istifadəçi təcrübəsini davamlı təhlil edərək konversiyanın artırılması üzrə təkliflər hazırlamaq;
Aktivliyini itirmiş müştəri seqmentlərini (churn) müəyyənləşdirmək və davranışa görə qruplaşdırmaq;
Churn səbəblərini dərinləşdirilmiş təhlil əsasında araşdırmaq və məhsul səviyyəsində həll yolları təklif etmək;
Geri qazanma (win-back) məqsədilə hədəflənmiş kampaniyalar hazırlamaq və marketinq/CRM komandaları ilə əlaqələndirmək;
Credit scoring modelinin davamlı təkmilləşdirilməsi məqsədilə risk və data komandaları ilə əməkdaşlıq etmək;
Scoring meyarlarına dair biznes tələblərini formalaşdırmaq və modelin performansını izləmək;
Müştəri ehtiyaclarını, davranış modellərini və pain point-ləri data analitikası və istifadəçi tədqiqatları vasitəsilə araşdırmaq;
Product Backlog-u formalaşdırmaq, davamlı yeniləmək və biznes dəyərinə görə prioritetləşdirmək;
İstifadəçi hekayələrini və qəbul meyarlarını hazırlamaq, komandalarla tələbləri dəqiqləşdirmək;
Yeni məhsul və funksionallıqlar üzrə Product Discovery aparmaq;
Data əsasında məhsulun davamlı təkmilləşdirilməsini təmin etmək;
Kredit məhsulunun biznes nəticələrini mütəmadi olaraq rəhbərliyə təqdim etmək;
Tələblər:
BOKT, bank, fintech və ya kredit məhsulları sahəsində iş təcrübəsi;
Kredit məhsullarının iş prinsipləri haqqında yaxşı anlayış;
Credit scoring, underwriting və kredit qərarvermə prosesləri haqqında praktiki anlayış;
Product Backlog idarəetməsi və Agile/Scrum metodologiyaları üzrə təcrübə;
Güclü analitik düşüncə və problem-solving bacarığı;
Komanda daxilində və çarpaz-funksional komandalarla effektiv əməkdaşlıq bacarığı.
İş şəraiti:
İş rejimi: tam iş günü;
İstirahət günləri: Şənbə, Bazar;
İş yeri: Bakı şəhəri, Nəsimi rayonu, Malibo Residence
Əmək haqqı: Müsahibə əsasında dəyərləndiriləcək.
Maraqlanan namizədlər CV-lərini vakansiyanın adını mövzu (subject) hissəsində qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.