Marketinq Menecer

  • Deadline 2 Oktyabr 2026

Payonix komandamıza yaradıcı düşüncəyə, analitik bacarıqlara və nəticəyönümlü yanaşmaya malik Marketinq Meneceri axtarırıq.

Vəzifə təlimatları:

  • Şirkətin marketinq strategiyasının hazırlanması və icrasını təmin etmək;
  • Rəqəmsal və ənənəvi marketinq kampaniyalarını planlamaq, idarə etmək və nəticələrini təhlil etmək;
  • Sosial media platformaları üçün kontent planının hazırlanması və idarə olunmasını koordinasiya etmək;
  • Brendin tanınmasının artırılması istiqamətində layihələr hazırlamaq və həyata keçirmək;
  • Reklam agentlikləri və digər tərəfdaşlarla əməkdaşlıq etmək;
  • Bazar araşdırmaları aparmaq, rəqibləri analiz etmək və müvafiq hesabatlar hazırlamaq;
  • Marketinq büdcəsinin səmərəli idarə olunmasını təmin etmək;
  • Marketinq fəaliyyətlərinin effektivliyini ölçmək və rəhbərliyə mütəmadi hesabat təqdim etmək.

Tələblər:

  • Marketinq, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Marketinq sahəsində minimum 2 il iş təcrübəsi;
  • Rəqəmsal marketinq alətləri və sosial media platformaları üzrə biliklər;
  • Google Analytics, Meta Ads, Google Ads və digər marketinq alətləri ilə işləmək bacarığı;
  • Analitik düşünmə, planlaşdırma və layihələrin idarə edilməsi bacarığı;
  • Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini bilmək üstünlükdür;
  • MS Office proqramlarını (Word, Excel, Outlook) sərbəst istifadə bacarığı;

Əmək haqqı: müsahibə əsnasında dəyərləndiriləcək.

İş yeri: Malibo Residence

Namizədlər CV-lərini vakansiyanın adını mövzu (subject) hissəsində qeyd etməklə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily122
  • Weekly484
  • Monthly370