Vəzifə təlimatları:
- Potensial korporativ müştərilərin bazasını formalaşdırmaq və inkişaf etdirmək;
- Soyuq zənglər, e-maillər və birbaşa görüşlər vasitəsilə yeni əməkdaşlıqlar qurmaq;
- Şirkətin məhsul və xidmətlərini yüksək səviyyədə təqdim etmək;
- Müştərinin ehtiyaclarını analiz edərək fərdi təklif paketləri hazırlamaq;
- Müştərilərlə davamlı əlaqə saxlamaq və məmnuniyyəti təmin etmək;
- Satış prosesində sənədləşməni düzgün aparmaq və hesabatları vaxtında təqdim etmək;
- Satış planına uyğun hədəfləri yerinə yetirmək və artım üçün təkliflər vermək;
- Rəhbərliyə dövri hesabatlar, bazar trendləri və rəqib təhlili barədə məlumatlar təqdim etmək.
Tələblər:
- Ali təhsil (Biznes, Marketinq, Satış və ya əlaqəli sahələr üzrə);
- B2B satış sahəsində minimum 1-3 il təcrübə;
- Soyuq satış texnikaları üzrə bacarıq və təcrübə;
- Yüksək təqdimat, ünsiyyət və inandırma bacarıqları;
- Kommersiya təklifləri hazırlamaq və təqdim etmək bacarığı;
- MS Office proqramlarını (Word, Excel, Outlook) sərbəst istifadə bacarığı;
- Səlis Azərbaycan və Rus dili bilikləri;
- Məsuliyyətli, təşəbbüskar və hədəf yönümlü işləmək bacarığı;
- Yüksək stressə davamlılıq və komandada işləmək qabiliyyəti.
İş şəraiti:
- Əmək haqqı: müsahibə əsnasında dəyərləndiriləcək.
- İş qrafiki: I-V günlər (09:00-17:00); şənbə günü (09:00-15:00) İstirahət günü: bazar.
- İş yeri: Malibo Residence
Namizədlər CV-lərini vakansiyanın adını qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan email-ə göndərə bilərlər.