Payonix komandamızı gücləndirmək üçün Data Analitik vəzifəsinə peşəkar namizəd axtarırıq.
Vəzifə təlimatları:
- Kredit portfelinin davamlı monitorinqi və performans analizinin aparılması
- Gecikmələr, defolt səviyyələri (PAR, NPL) və digər risk göstəricilərinin gündəlik/aylıq izlənməsi və təhlili
- Kredit risklərinin erkən müəyyən edilməsi üçün analitik modellərin və xəbərdarlıq mexanizmlərinin hazırlanmasında iştirak
- Müştəri ödəmə davranışlarının təhlili və risk segmentasiyasının aparılması
- Mərkəzi Bank və digər tənzimləyici qurumlar üçün tələb olunan hesabatların hazırlanmasına dəstək
- Kredit verilmə prosesində istifadə olunan qayda və limitlərin effektivliyinin data əsaslı qiymətləndirilməsi
- Collection (borc yığım) proseslərinin effektivliyinin analiz edilməsi və optimallaşdırma təkliflərinin hazırlanması
- Müxtəlif məlumat bazalarından (SQL və s.) məlumatların çıxarılması, təmizlənməsi və strukturlaşdırılması
- Dashboard və avtomatlaşdırılmış hesabat sistemlərinin qurulması (Power BI, Tableau və s.)
- Fırıldaqçılıq (fraud) risklərinin aşkar olunması üçün analitik yanaşmaların tətbiqi
- Daxili audit və risk komandaları ilə sıx əməkdaşlıq
- Data keyfiyyətinin təmin edilməsi və məlumat idarəetmə standartlarına riayət olunması
Tələblər:
- Data analitik sahəsində minimum 2-3 il iş təcrübəsi
- SQL, Excel və ən azı bir proqramlaşdırma dili (Python və ya R) biliyi
- Data vizuallaşdırma alətləri ilə iş təcrübəsi
- Analitik düşüncə və problem həll etmə bacarıqları
İş şəraiti
- İş qrafiki: həftənin 5 günü 09:00dan 18:00a dək
- Əmək haqqı – müsahibə əsnasında dəyərləndiriləcək
- Ünvan: Malibo Residence
Namizədlər CV-lərini vakansiyanın adını qeyd etməklə Müraciət Et düyməsində göstərilən email-ə göndərə bilərlər.