Data Analitik

  • Истекает 8 август 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Payonix komandamızı gücləndirmək üçün Data Analitik vəzifəsinə peşəkar namizəd axtarırıq.

Vəzifə təlimatları:

  • Kredit portfelinin davamlı monitorinqi və performans analizinin aparılması 
  • Gecikmələr, defolt səviyyələri (PAR, NPL) və digər risk göstəricilərinin gündəlik/aylıq izlənməsi və təhlili 
  • Kredit risklərinin erkən müəyyən edilməsi üçün analitik modellərin və xəbərdarlıq mexanizmlərinin hazırlanmasında iştirak 
  • Müştəri ödəmə davranışlarının təhlili və risk segmentasiyasının aparılması 
  • Mərkəzi Bank və digər tənzimləyici qurumlar üçün tələb olunan hesabatların hazırlanmasına dəstək 
  • Kredit verilmə prosesində istifadə olunan qayda və limitlərin effektivliyinin data əsaslı qiymətləndirilməsi 
  • Collection (borc yığım) proseslərinin effektivliyinin analiz edilməsi və optimallaşdırma təkliflərinin hazırlanması 
  • Müxtəlif məlumat bazalarından (SQL və s.) məlumatların çıxarılması, təmizlənməsi və strukturlaşdırılması 
  • Dashboard və avtomatlaşdırılmış hesabat sistemlərinin qurulması (Power BI, Tableau və s.) 
  • Fırıldaqçılıq (fraud) risklərinin aşkar olunması üçün analitik yanaşmaların tətbiqi 
  • Daxili audit və risk komandaları ilə sıx əməkdaşlıq 
  • Data keyfiyyətinin təmin edilməsi və məlumat idarəetmə standartlarına riayət olunması

Tələblər:

  • Data analitik sahəsində minimum 1-2 il iş təcrübəsi 
  • SQL, Excel və ən azı bir proqramlaşdırma dili (Python və ya R) biliyi 
  • Data vizuallaşdırma alətləri ilə iş təcrübəsi 
  • Analitik düşüncə və problem həll etmə bacarıqları

İş şəraiti

  • İş qrafiki: həftənin 5 günü 09:00dan 18:00a dək
  • Əmək haqqı – müsahibə əsnasında dəyərləndiriləcək
  • Ünvan: Malibo Residence 

Namizədlər CV-lərini vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly394
  • Monthly794