Payonix kredit təşkilatına Kargüzar (Məhkəmə / İcra bildirişlərinin hazırlanması üzrə) tələb olunur.
Vəzifə təlimatları:
- Müvafiq sənədlərin düzgün şəkildə qeydiyyatı və arxivləşdirilməsi
- İcra prosesləri ilə bağlı sənədlərin izlənilməsi və hesabatların hazırlanması
- Rəhbərliyin tapşırıqlarının vaxtında və dəqiq yerinə yetirilməsi
Tələblər:
- Ali və ya orta ixtisas təhsili (hüquq sahəsi üstünlükdür)
- Kargüzarlıq sahəsində iş təcrübəsi arzuolunandır
- Azərbaycan dilində səlis yazı və ünsiyyət bacarığı (rus dili biliyi üstünlükdür)
- MS Office proqramlarında işləmək bacarığı
- Məsuliyyətlilik, diqqətlilik və operativlik
İş şəraiti
- İş qrafiki: həftənin 5 günü 09:00dan 18:00a dək
- Əmək haqqı – müsahibə əsnasında dəyərləndiriləcək
- Ünvan: Malibo Residence
Namizədlər CV-lərini vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.