Payonix komandamıza yaradıcı düşüncəyə, analitik bacarıqlara və nəticəyönümlü yanaşmaya malik Marketinq Meneceri axtarırıq.
Vəzifə təlimatları:
- Şirkətin marketinq strategiyasının hazırlanması və icrasını təmin etmək;
- Rəqəmsal və ənənəvi marketinq kampaniyalarını planlamaq, idarə etmək və nəticələrini təhlil etmək;
- Sosial media platformaları üçün kontent planının hazırlanması və idarə olunmasını koordinasiya etmək;
- Brendin tanınmasının artırılması istiqamətində layihələr hazırlamaq və həyata keçirmək;
- Reklam agentlikləri və digər tərəfdaşlarla əməkdaşlıq etmək;
- Bazar araşdırmaları aparmaq, rəqibləri analiz etmək və müvafiq hesabatlar hazırlamaq;
- Marketinq büdcəsinin səmərəli idarə olunmasını təmin etmək;
- Marketinq fəaliyyətlərinin effektivliyini ölçmək və rəhbərliyə mütəmadi hesabat təqdim etmək.
Tələblər:
- Marketinq, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
- Marketinq sahəsində minimum 2 il iş təcrübəsi;
- Rəqəmsal marketinq alətləri və sosial media platformaları üzrə biliklər;
- Google Analytics, Meta Ads, Google Ads və digər marketinq alətləri ilə işləmək bacarığı;
- Analitik düşünmə, planlaşdırma və layihələrin idarə edilməsi bacarığı;
- Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini bilmək üstünlükdür;
- MS Office proqramlarını (Word, Excel, Outlook) sərbəst istifadə bacarığı;
Əmək haqqı: müsahibə əsnasında dəyərləndiriləcək.
İş yeri: Malibo Residence
Namizədlər CV-lərini vakansiyanın adını mövzu (subject) hissəsində qeyd etməklə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.