Komandamıza yaradıcı düşüncəyə, analitik bacarıqlara və nəticəyönümlü yanaşmaya malik Marketinq Meneceri axtarırıq.
Şirkət: Payonix Bokt MMC
Vəzifə təlimatları:
Şirkətin marketinq strategiyasının hazırlanması və icrasını təmin etmək;
Rəqəmsal və ənənəvi marketinq kampaniyalarını planlamaq, idarə etmək və nəticələrini təhlil etmək;
Sosial media platformaları üçün kontent planının hazırlanması və idarə olunmasını koordinasiya etmək;
Brendin tanınmasının artırılması istiqamətində layihələr hazırlamaq və həyata keçirmək;
Reklam agentlikləri və digər tərəfdaşlarla əməkdaşlıq etmək;
Bazar araşdırmaları aparmaq, rəqibləri analiz etmək və müvafiq hesabatlar hazırlamaq;
Marketinq büdcəsinin səmərəli idarə olunmasını təmin etmək;
Marketinq fəaliyyətlərinin effektivliyini ölçmək və rəhbərliyə mütəmadi hesabat təqdim etmək.
Tələblər:
Marketinq, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
Marketinq sahəsində minimum 2 il iş təcrübəsi;
Rəqəmsal marketinq alətləri və sosial media platformaları üzrə biliklər;
Google Analytics, Meta Ads, Google Ads və digər marketinq alətləri ilə işləmək bacarığı;
Analitik düşünmə, planlaşdırma və layihələrin idarə edilməsi bacarığı;
Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini bilmək üstünlükdür;
MS Office proqramlarını (Word, Excel, Outlook) sərbəst istifadə bacarığı;
İş şəraiti:
Həftənin 5 günü 09:00 - 18:00
Şənbə, Bazar - istirahət günü
Nahar fasiləsi: 13:00- 14:00
Əmək haqqı: müsahibə əsnasında dəyərləndiriləcək.
İş yeri: Malibo Residence
Namizədlər CV-lərini vakansiyanın adını qeyd etməklə [email protected] emailinə göndərə bilərlər.