Risklərin idarə edilməsi üzrə baş mütəxəssis

Risklərin idarə edilməsi üzrə baş mütəxəssis

  • Deadline 13 August 2026

Fintek sahəsində fəaliyyət göstərən və innovativ maliyyə həlləri təqdim edən şirkətimiz risklərin effektiv idarə olunması və dayanıqlı inkişaf strategiyasını gücləndirmək məqsədilə peşəkar namizədlər axtarır.

Şirkət: Baku Pay MMC

Vakansiya: Risklərin idarə edilməsi üzrə baş mütəxəssis

Vəzifə öhdəlikləri:

  • Şirkətin ümumi risk idarəetmə strategiyasının hazırlanması və həyata keçirilməsi
  • Kredit, bazar, likvidlik, əməliyyat və texnoloji risklərin kompleks idarə olunması
  • Risk idarəetmə siyasət və prosedurlarının hazırlanması və təkmilləşdirilməsi
  • Risklərin ölçülməsi, monitorinqi və hesabatlılıq sistemlərinin qurulması
  • Risk limitlərinin müəyyən edilməsi və nəzarət mexanizmlərinin tətbiqi
  • AML/CFT və digər tənzimləyici tələblərə uyğunluğun təmin edilməsi
  • Yeni məhsul və xidmətlərin risk baxımından qiymətləndirilməsi
  • Daxili audit və uyğunluq (komplayens) bölmələri ilə koordinasiyanın təmin edilməsi
  • Rəhbərliyə müntəzəm risk hesabatlarının təqdim edilməsi

Tələblər:

  • Maliyyə, iqtisadiyyat sahəsi üzrə ali təhsil
  • Risklərin idarə olunması, bankçılıq və ya Fintek sahəsində minimum 2-3 il iş təcrübəsi
  • Risk idarəetmə çərçivələri (ERM, Basel və s.) üzrə dərin biliklər
  • Analitik və strateji düşünmə qabiliyyəti
  • Maliyyə modelləşdirmə və risk analiz alətləri üzrə təcrübə
  • SQL, Excel, BI alətləri və ya proqramlaşdırma bilikləri (Python/R) üstünlükdür

Əmək haqqı: müsahibə əsnasında dəyərləndiriləcək

İş rejimi: 09:00-18:00 ( həftədə 5 gün)

İş yeri: Malibo Residence

Namizədlər CV-lərini vakansiyanın adını qeyd etməklə  [email protected] emailinə göndərə bilərlər.

 

 

  • Daily23
  • Weekly165
  • Monthly1229