İşin təsviri:
- Layihə heyətinin işə qəbul prosesində dəstək (elanların yerləşdirilməsi, CV-lərin toplanması, müsahibə cədvəllərinin hazırlanması)
- Layihə əməkdaşlarının işə qəbul, müqavilə, xitam və rotasiya sənədlərinin hazırlanması
- İş vaxtı cədvəllərinin, davamiyyət və məzuniyyətlərin izlənməsi
- Layihə üzrə əməkdaş məlumatlarının HR bazasında (HRIS / Excel və s.) yenilənməsi
- Layihə əməkdaşları üçün onboarding prosesinin təşkili
- Təlim və inkişaf fəaliyyətlərinin inzibati təşkili
- Performans qiymətləndirmə və hesabat proseslərində dəstək
- Layihə üzrə gündəlik inzibati işlərin təşkili və icrası
- Layihə sənədlərinin hazırlanması, arxivləşdirilməsi və idarə olunması
- Görüşlərin təşkili, protokolların hazırlanması və izlənməsi
- Layihə üzrə rəsmi yazışmaların aparılması
- Ofis ləvazimatları və inzibati ehtiyacların koordinasiyası
- Təchizatçılar və tərəfdaşlarla inzibati əlaqələrin qurulması
- Layihə büdcəsinin inzibati xərcləri üzrə ilkin nəzarət və hesabatların hazırlanması
Namizədə tələblər:
- İnsan Resursları, Biznes İdarəçiliyi, Menecment və ya oxşar sahədə ali təhsil
- HR və ya inzibati sahədə minimum 1–2 il iş təcrübəsi (layihə təcrübəsi üstünlükdür)
- Əmək qanunvericiliyi üzrə əsas biliklər
- MS Office (xüsusilə Excel və Word) üzrə yaxşı biliklər
- Yaxşı təşkilatçılıq və vaxtın idarə olunması bacarığı
- Sənədlərlə işləmə və hesabat hazırlama bacarığı
- Azərbaycan dili – səlis, İngilis dili – orta səviyyə (üstünlükdür)
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “İnsan Resursları üzrə layihə inzibatçısı” qeyd edərək öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.