Satış Təmsilçisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satış Təmsilçisi

  • Deadline 25 October 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş barədə məlumat

  • PeakPin — Yeni fəaliyyətə başlayan, geolokasiya əsaslı mobil platforma üzərindən insanlara seçdiyi radius üzrə ətrafdakı biznesləri və onların fürsətlərini (Kampaniya, Tədbir, Pinbox) göstərir. Şirkət PEAKPİN MMC-dir; komanda indi formalaşır və ilk satış təmsilçilərini axtarırıq.

Nə təklif edirik?

  • Rəsmi əmək müqaviləsi, ƏMAS qeydiyyatı, sosial sığorta — ilk gündən
  • Sabit əmək haqqı 700 AZN + hər satışdan bonus
  • Bonus satış sayına görə artır: günün satışlarının 30%-dən 45%-ə qədər, üstəlik hər aktiv abunədən aylıq 3% — məkan abunədə qaldıqca hər ay
  • Real gəlir nümunəsi: gündə 5 satışla ~1 400 AZN, gündə 8 satışla ~2 300 AZN, 12 satışla ~4 500 AZN (brüt, aylıq)
  • Aylıq maksimum bonus 7 000 AZN-ə qədər
  • Ödəniş ayda bir dəfə, karta
  • Öz gəlirinizi portalda hər gün görürsünüz — brüt və net, hesab şəffafdır

İş Qrafiki:

  • Həftədə 6 gün: B.e–Cümə 09:00–17:00, Şənbə 10:00–15:00
  • Səhər ofisdə gün planı, sonra sahədə — işin əsas hissəsi məkanlarda keçir
  • Gündəlik minimum satış norması var (başlanğıc dövr üçün gündə 3 abunə)

Sınaq müddəti 10 gün

Vakansiya sayı: 10. Bölgələr: Səbail, Nəsimi (2), Yasamal, Nərimanov, Nizami, Xətai, Binəqədi, Sabunçu, Suraxanı–Xəzər.

Öhdəliklər

  • Təhkim olunmuş Bakı şəhəri üzrə bölgələrdə kafe, restoran, salon, mağaza və digər 40 kateqoriya üzrə biznesləri ziyarət etmək
  • PeakPin-i təqdim edib obyekti platformaya abunə etmək,
  • Hər satışı və ziyarəti şirkətin mobil portalında qeyd etmək (3 toxunuş — sadədir),
  • Abunə olmuş bizneslərin qalıcılığını təmin etmək, müvafiq xidmətlərdən istifadədə köməklik göstərmək.

Tələblər

  • Ünsiyyətcil, qapıdan içəri girməkdən çəkinməyən
  • Bakını tanıyan, gün ərzində gəzməyə hazır
  • Smartfonla rahat işləyən
  • Satış təcrübəsi üstünlükdür, məcburi deyil — məhsulu öyrədirik
  • Azərbaycan dili sərbəst; xarici dil üstünlükdür

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Uyğun namizədlərlə 3 iş günü ərzində əlaqə saxlanılacaq.

  • Daily105
  • Weekly625
  • Monthly2337