Performance Center Co Performance Center Co
  • 355

Performance Center Co

Auto Components , Automobiles

Hüquq sahəsi üzrə Təcrübə Proqramı

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Hüquq sahəsi üzrə Təcrübə Proqramı

  • Истекает 16 ноябрь 2024
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

“Performance Center” və “Melissa Group” Hüquq sahəsi üzrə Təcrübə Proqramı elan edir.

Karyerasını vəkillik sahəsində inkişaf etdirmək və hüquqi biliklərini təkmilləşdirmək istəyən hüquqşünasların nəzərinə! 

“Performance Center” və “Melissa Group” şirkətləri Hüquq sahəsi üzrə 3 aylıq Təcrübə Proqramını elan edir.

Proqramın Detalları: Müsahibə əsasında seçilmiş təcrübəçilər, proqramın ilk günündən etibarən təcrübəli vəkillərin rəhbərliyi altında nəzəri və praktiki biliklər qazanmaq imkanı əldə edəcəklər. Təcrübə dövründə, qanunvericiliyə uyğun olaraq, onlarla əmək müqaviləsi bağlanacaq. Proqramı uğurla tamamlayan və daxili qiymətləndirmədən müvəffəqiyyətlə keçən namizədlər isə Hüquq şöbəsində ən azı 2 illik işlə təmin ediləcəklər.

Tələblər:

  • Təhsil: Hüquq üzrə ali təhsil;
  • Bilik: MC Office proqramları (xüsusilə MS Word yüksək səviyyədə);
  • Dil bacarıqları: Azərbaycan dilini yazılı və şifahi olaraq mükəmməl bilməlidir;
  • Təcrübə tələb olunmur;

Vəzifə Öhdəlikləri:

  • İddia ərizələrinin tərtib olunması;
  • Sənədlərin təhlili və elektron məhkəmə informasiya sisteminə yüklənməsi;
  • Məhkəmə və icra işlərinin təqib olunması;
  • Hüquqi məsələlərlə bağlı müqavilələrin, məktubların, ərizələrin, şikayətlərin və digər sənədlərin hazırlanmasında iştirak.

İş Şəraiti:

  • İş qrafiki: Həftədə 5 gün, saat 09:00-dan 18:00-dək;
  • Əmək haqqı: 400 AZN.

Əgər siz bu tələblərə uyğun gəlirsinizsə və hüquq sahəsində özünüzü inkişaf etdirmək istəyirsinizsə, CV-nizi məktubun mövzu hissəsində “Təcrübəçi hüquqşünas” qeyd edərək elektron poçt ünvanına göndərin.

  • Daily21
  • Weekly532
  • Monthly1617