Maliyyə şöbəsinin rəhbərinin müavini - baş mühasib

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Maliyyə şöbəsinin rəhbərinin müavini - baş mühasib

  • Истекает 27 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri 

  • Maliyyə mühasibatlıq hesabatlarının tərtibi;
  • Aylıq, rüblük, illik olmaqla vergi DSMF və statistika hesabatlarının hazırlanması;
  • Gündəlik maliyyə - mühasibatlıq işlərinə nəzarət etmək və səmərəli təkliflər vermək;
  • İnventarizasiyalar aparmaq , qiymətlilərin sayımına nəzarət;
  • Vergi məsələlərin həllində birbaşa iştirak və vergi hesabatlarının təhlili;
  • Büdcə-proqnoz işlərinin təşkili, şirkətin maliyyə hesabatlılıq sisteminin təhlil və təqibi;
  • Daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;
  • Maliyyə uçotunu təşkil etmək, müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının uçota alınmasını, sənədləşdirilməsini təmin etmək və onlara nəzarət etmək;
  • Maliyyə hesabatlarının periodik olaraq tərtib edilməsini təmin etmək;
  • Vergi uçotunu təşkil etmək, optimallaşdırmaq və onlara nəzarət etmək(Kameral yoxlamalara nəzarət,məktubların yazılması və .s);
  • Dövlət orqanlarına aylıq, rüblük, illik hesabatların hazırlanaraq təqdim edilməsini həyata keçirmək;
  • ERP-də əməliyyat dövrünün bağlanmasını həyata keçirmək;
  • Dövriyyə-qalıq cədvəllərini hesablar üzrə təhlil etmək;
  • Mühasibat uçotu ilə bağlı müəssisənin fəaliyyəti üçün digər zəruri işləri aparmaq.

Tələblər:

  • Ali iqtisadi təhsil;
  • MS Office və 1C proqramlarını bilməli; 
  • PMS sertifikatı;
  • Baş mühasib vəzifəsində minimum 3-5 il iş təcrübəsi;
  • Mühasibatlıq qanunvericiliyi, Mühasibat uçotunu və Mühasibat müxabirləşmələrini bilməli;
  • Vergi və Əmək məcəlləsini bilməli;
  • ƏMAS portalında işləmə bacarığı olmalı;
  • Dil bilikləri: Azərbaycan dili əla, rus dili və ingilis dili arzuolunandır;
  • Təhlil, analitik düşüncə və yüksək ünsiyyət qurma qabiliyyəti;
  • Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı.

İş şərtləri:

  • İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
  • Əmək haqqı: 2500-3000 Azn

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini  məktubun mövzu hissəsində “Maliyyə şöbəsinin rəhbərinin müavini - baş mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily1
  • Weekly539
  • Monthly1