Vəzifə öhdəlikləri:
- Ofis daxili işlərə ümumi nəzarət edilməsi və kargüzarlıq işinin aparılması;
- Şirkətin struktur quruluşunun, işgüzar profilinin, fəaliyyət istiqamətlərinin, daxili nizam – intizam qaydalarının təşkilinin yüksək səviyyədə təmin edilməsi;
- Gələn zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək, mailə gələn e-maillərin cavablandırılması;
- Məktubların qeydiyyatı və yönləndiriməsinin təmin edilməsi;
- Şirkətlə bağlı daxil olan informasiyanın qeydə alınması və vaxtında təyinatı üzrə həmin informasiyanın çatdırılması;
- Sənədlərin tamlığına, sənəd dövriyyəsinə nəzarət, düzgün təsnifləşdirilməsi, çeşidlənməsi, qeydə alınması və düzgün arxivləşdirilməsinin təmin edilməsi;
- Ofis ləvazimatlarının sifarişi edilməsi və ofis daxili təmizliyi üzrə işlərə nəzarət edilməsi.
Namizədə bağlı tələblər:
- Ali təhsil
- Yaş: 21-30
- Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
- Məsuliyyətli, dəqiq və komandada işləmə bacarığı;
- MS Office (MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti;
- Kargüzarlığın aparılmasına dair normativ aktlar üzrə yüksək səviyyədə biliyə malik olmalı;
- Dil bilikləri: Azərbaycan və İngilis dilləri əla səviyyədə, Rus dili yaxşı səviyyədə;
- Xanım namizədlərə üstünlük verilir.
İş şəraiti:
- İş vaxtı: həftədə 5 gün, 09:00-dan 18:00-dək;
- Əmək haqqı: 500-600 AZN.
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz şəkilli CV-lərini məktubun mövzu hissəsində “Ofisdaxili işlər üzrə mütəxəssis (kargüzar)” qeyd etməklə elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.