Vəzifə öhdəlikləri:
- Avtomobillərin təhvil-təslim aktı əsasında daşıyıcıdan təhvil alınması,qüsurların yoxlanılması, (iş vaxtından asılı olmayaraq);
- Avtomobildə qüsur aşkar edildikdə bölmə rəhbərinə məlumat verilməsi;
- Qüsurlu avtomobillərin təmir olunmasının təşkili;
- Qüsurlarının aradan qaldırılması və avtomobillərin anbara qəbul edilməsi;
- Ay ərzində anbarda olan avtomobillərin yerinin dəyişdirilməsi;
- Anbarda avtomobillərin təmiz və texniki saz halda saxlanması;
- Anbarda olan avtomobillərin satış qabağı hazırlıqdan keçirilməsi;
- Avtomobillərin texniki saz halda satıcıya təhvil verilməsi;
- Avtomobillərin evakuatorla gətirildiyi və aparıldığı zaman təhvil-təslim aktı əsasında qəbul edilməsi.
Namizədlə bağlı tələblər:
- Təhsil-Ali və ya orta
- Yaş- 25-35;
- Sürücülük vəsiqəsinin olması;
- Avtomobillər haqda texniki biliklərə malik olmaq;
- Məsuliyyət, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Daxili nizam intizam qaydalarına riayət etmək;
İş şərtləri:
- İş qrafiki: Həftədə 5 gün
- Əmək haqqı: 600₼
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz şəkilli CV-lərini məktubun mövzu hissəsində “Satışa hazırlıq və yeni avtomobillər anbarının operatoru” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.