Performance Center Co Performance Center Co
  • 801

Performance Center Co

Auto Components , Automobiles

Təcrübə Proqramı

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Təcrübə Proqramı

  • Истекает 2 июнь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Avtomobilin istismarı sahəsinə maraq göstərən və gələcək iş karyerasını avtomobillərə texniki xidmətin təşkilinin müxtəlif istiqamətlərində görən universitet məzunları üçün “Performance Center” şirkəti 3 aylıq Təcrübə Proqramı elan edir. 

Müsahibə yolu ilə Təcrübə Proqramına seçilmiş şəxslər Proqramın başlandığı ilk gündən əmək haqqı ödənilməklə əmək müqaviləsi bağlanılaraq təcrübəli mütəxəssislərin rəhbərliyi altında müvafiq nəzəri və praktiki biliklər qazanacaqlar. Təcrübə proqramını tam mənimsəyərək, daxili qiymətləndirməni müvəffəqiyyətlə keçmiş namizədlər sonda ən azı 5 il olmaqla müvafiq şöbələr üzrə işlə təmin ediləcəklər.

Tələblər:

  • Texniki, menecment və  iqtisadi yönümlü ali təhsil (daxilolma balını qeyd etmək mütləqdir);
  • Dil bilikləri: Azərbaycan və ingilis dilləri; 
  • Kompüter və ofis texnikasından istifadə etmə bacarığı;
  • Yaş: 21-24; 
  • Avtomobilin quruluşu və istismarı üzrə bilgiyə malik olanlara üstünlük veriləcək;

Şirkət tərəfindən verilən təminatlar:

  • Tədris vəsaitləri
  • Sürücülük təlimi
  • Coffee break
  • Nahar şirkət tərəfindən təmin olunur.

İş şəraiti:

  • Təcrübə proqramının qrafiki: həftədə 6 gün
  • Əmək haqqı: 450 manat 
  • İş təcrübəsi tələb olunmur.

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini  məktubun mövzu hissəsində “Təcrübə proqramı” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily2
  • Weekly588
  • Monthly208