Performance Center Co Performance Center Co
  • 473

Performance Center Co

Auto Components , Automobiles

Zəmanət üzrə mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Zəmanət üzrə mütəxəssis

  • Истекает 22 декабрь 2024
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

 Vəzifə öhdəlikləri:

  • Müştəriləri qəbul etmək və nəqliyyat vasitəsində baş vermiş qüsurun müəyyənləşdirmək;
  • İstehsalçının müəyyən etdiyi normativə uyğun şəkildə zəmanət hadisəsini sənədləşdirmək;
  • İstehsalçı tərəfdən müəyyən edilmiş vaxt ərzində zəmanət tələbnaməsini hazırlamaq və sistemə daxil etmək;
  • Geri qaytarılan zəmanət iddialarının müəyyən edilmiş vaxt ərzində yenidən sistemə daxil edilməsi üçün lazımi məlumatlar toplamaq və düzəlişlər etmək;
  • Zəmanətlə dəyişilən ehtiyat hissəsini istehsalçı tələbinə uyğun saxlamaq
  • Ödənilməmiş zəmanət tələbnamələrini nəzarət altında saxlamaq;
  • Şöbə rəhbərinin tapşırıqlarını vaxtında yerinə yetirmək, çətinlik yaranarsa rəhbərliyi məlumatlandırmaq;
  • İstehsalçının zəmanət şərtlərini və ümumi qarantiya siyasətini yüksək səviyyədə bilmək;
  • İstehsalçının zəmanət şöbəsi ilə mütəmadi əlaqədə olaraq zəmanət təmirlərinə qərar vermək;
  • Ehtiyac olduqda zəmanət təmirinə qərar vermək üçün istehsalçı ilə razılaşdırmaq;
  • Bütün zəmanət iş kartlarına nəzarət etmək, zəmanət işlərinin yerinə yetirilməsi üçün lazımi ehtiyat hissələrinin sifarişini və vaxtında gəlişini nəzarət altında saxlamaq, zəmanət təmirlərinin gedişinə nəzarət etmək;
  • Zəmanət sənədlərinin düzgün tərtib olunmasını, doldurulmasını və istehsalçıya çatdırılmasını yerinə yetirmək və prosesin düzgün gedişinə nəzarət etmək;
  • Zəmanət məsələləri üzrə müştərilərə məlumat vermək;
  • Zəmanət halları üzrə verilmiş qərara görə narazı qalan müştərilər ilə yaxından işləmək və qərarın səbəblərini bildirmək;
  • Müştəri siyahısında olan avtomobillərin mütəmadi olaraq hər hansı servis çağırışında keçərli olmasını yoxlamaq;
  • Rəhbərlik tərəfindən təyin olunmuş hesabatları vaxtı vaxtında təqdim etmək. 

Namizədə qarşı tələblər:

  • Ali təhsil (Texniki təhsilə üstünlük veriləcək)
  • Yaş: 25-40
  • Azərbaycan və ingilis dilləri səlis (rus dili arzu olunandır)
  • Avtomobil sahəsində iş təcrübəsi

İş şərtləri:

  • İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
  • Əmək haqqı: 1000 - 1200 AZN

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz şəkilli CV-lərini  məktubun mövzu hissəsində Zəmanət üzrə mütəxəssisqeyd etməklə elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily0
  • Weekly253
  • Monthly1930